96 sürücü eyni əməllə 4 dəfə inzibati xəta törədib “Bu ilin may ayı ərzində Bakı şəhəri ərazisində dayanma-durma və parklama tələblərinin pozulması ilə əlaqədar yol polisi 27 500-dən artıq inzibati protokol tərtib edib”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BPİDYPİ) İctimai əlaqələr bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, protokollar daha çox metronun “Neftçilər”, “Xalqlar Dostluğu”, “Koroğlu”, “Qara Qarayev”, “Nizami”, “İnşaatçılar” və “20 yanvar” stansiyalarının ətrafında və “Şamaxinka” adlanan ərazidə taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı tərtib olunub. “Mindən artıq taksi sürücüsünə qarşı inzibati protokol tərtib olunub. İnzibati protokollar araşdırılarkən məlum olub ki, 460 sürücü eyni xətaya görə, müxtəlif vaxtlarda ikinci dəfə cərimələnib. 96 sürücü isə eyni əməllə 4 dəfə inzibati xəta törədib. Ümumilikdə 170 avtobus sürücüsü qanunun tələbini pozub”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?