GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ermənilər Azərbaycana qarşı döyüşmək istəmirlər...

Ermənilər Azərbaycana qarşı döyüşmək istəmirlər...

Tarix: 3-06-2016, 15:35 Bölmə :Ölkə Baxış: 0
Ermənilər Azərbaycana qarşı döyüşmək istəmirlər...

Aprel ayında cəbhə xəttində ermənilərin törətdiyi təxribat zamanı Azərbaycan Silahlı Qüvvələri işğal altındakı Azərbaycan ərazilərinin bir hissəsini azad edəndən sonra Ermənistan ordusunda çaxnaşma yaranıb və bu proses davam edir. Aprel hadisələrindən sonra Ermənistan ordusunun 4 yüksək rütbəli zabitinin işdən qovulması ilə yanaşı, həbs edilməsi, Yerevanda Ermənistan müdafiə nazirinin istefaya göndərilməsi barədə hərəkatın başlaması, dinc şəraitdə Dağlıq Qarabağda 9 erməni hərbçinin qeyri-nizamnamə hərəkətləri nəticəsində öldürülməsi Ermənistan ordusunda vəziyyətin acınacaqlı olmasından xəbər verir.

Ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Trend-ə açıqlamasında bildirib ki, baş verən son proseslər Ermənistan ordusunun iflasından xəbər verir:

"Ermənistan siyasi rəhbərliyi ordudakı yüksək rütbəli zabitləri ona görə həbs edib ki, niyə Azərbaycan Silahlı Qüvvələri işğal altındakı əraziləri azad etməyi bacarıb. Siyasi rəhbərlik guya bununla ordudakı digər zabitləri qorxutmaq istəyir. Amma erməni hərbçiləri Azərbaycan hərbçilərinin gücünə bələddir. Ermənistan siyasi rəhbərliyi isə gücsüzlüyünü ört-basdır etmək üçün günahları hərbçilərin üzərinə yıxıb onları həbs ermək istəyir. Buna görə də aprel hadisələrindən sonra Ermənistan Silahlı Qüvvələrinin bir general və 4 polkovniki həbs edildi. Adını da qoydular ki, guya onlar həmin döyüşlər zamanı hərbçiləri silah-sursatla təmin edə bilməyib.

Ermənistan rəhbərliyi bununla heç nəyə nail ola bilməyəcək. Çünki onlar özləri də bilirlər ki Azərbaycan Silahlı Qüvvələri qarşısında acizdirlər və işğal olunmuş əraziləri saxlaya bilməyəcəklərinə əmindirlər. Aprel hadisələrində onlar Azərbaycan Silahlı Qüvvələrinin gücünə tam bələd oldular. Çünki ermənilərin zabit korpusu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisədə qat-qat zəifdir".

Ə.Qənizadə bildirir ki, aprel hadisələrindən sonra erməni hərbçiləri arasında vəziyyət daha da pisləşib. Dağlıq Qarabağ ərazisində yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycana qarşı döyüşmək istəmirlər: "Məcburiyyət qarşısında qalan Ermənistan rəhbərliyi Yerevandan Dağlıq Qarabağa "könüllülər" adı ilə hərbçilər göndərib ki, Dağlıq Qarabağda yaşayan erməni hərbçilərini döyüşməyə vadar etsinlər. Dağlıq Qarabağda yaşayan ermənilər isə Yerevan ermənilərini istəmir və onların arasında mübahisələr, insidentlər yaşanır. Nəticədə aprel hadisələrindən sonra Dağlıq Qarabağda xidmət edən 9 hərbçi qeyri-nizamnamə hərəkətləri nəticəsində öldürülüb. Bu bir daha sübut edir ki, Ermənisran ordusunda vəziyyət acınacaqlı olduqca burada "dedovşina" hərəkətləri də artır. Yerevandan gələn hərbçilər Dağlıq Qarabağda xidmət edən hərbçiləri döyüb öldürür, onları Azərbaycana qarşı döyüşməyə vadar edir. Buna etiraz olaraq erməni hərbçilərin valideynləri, yaxınları Ermənistan müdafiə nazirinin istefasını tələb edirlər".

Hərbi ekspert hesab edir ki, ermənilərin bu cür hərəkətləri onların özlərini daha çətin vəziyyətə salır: "Ermənistanda müdafiə nazirinin istefasını tələb edən vətəndaşlar elə bilirlər ki, buna nail olandan sonra vəziyyət sabitləşəcək. Amma bu belə deyil. İşğal altındakı ərazilərin azad edilməsi, Ermənistanda vəziyyətin gərginləşməsi təkcə bu ölkənin hərbi rəhbərliyinin günahı deyil. Bu həm də Ermənistan siyasi rəhbərliyinin günahıdır. Dağlıq Qarabağdakı ermənilər torpaqların işğaldan azad olunmasını, normal yaşayışın təmin olunmasını istəyir. Onlar bilirlər ki, Azərbaycan vətəndaşlarıdırlar və Azərbaycan onların normal yaşayışına təminat verəcək. Buna görə də onlar Ermənistan siyasi rəhbərliyindən Azərbaycan torpaqlarından çıxmasını tələb edirlər. Dağlıq Qarabağda yaşayan ermənilər bilirlər ki, Azərbaycan öz vətəndaşlarına güllə atmır və onların ölməsini istəmir. Azərbaycan Silahlı Qüvvələri yalnız Dağlıq Qarabağdakı separatçı qüvvələrin Azərbaycan ərazisindən çıxmasını tələb edir. Ermənistan rəhbərliyi də, Dağlıq Qarabağ erməniləri də bilirlər ki, hələ ki sülh yolu ilə torpaqların işğaldan azad edilməsini istəyən Azərbaycan bu proses baş tutmayacağı təqdirdə, erməni silahlı birləşmələrini işğal altındakı ərazilərdən çıxaracaq".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Ermənistan Azərbaycan Ordusundan aldığı son zərbələrdən elə sarsılıb ki..." - Polkovnik

    "Ermənistan Azərbaycan Ordusundan aldığı son ...

    5-05-2016, 18:16

  • 
  • Erməni silahlı bölmələri işğal altındakı Azərbaycan torpaqlarında təlimlər keçirir

    Erməni silahlı bölmələri işğal altındakı ...

    3-05-2018, 10:38

  • 
  • Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan ərazilərində təlimləri davam etdirir

    Ermənistan Silahlı Qüvvələri işğal etdiyi ...

    15-03-2018, 13:05

  • 
  • Dağlıq Qarabağda Ermənistan ordusunun daha bir əsgəri ölüb

    Dağlıq Qarabağda Ermənistan ordusunun daha bir ...

    6-11-2018, 15:15

  • 
  • Suriya erməniləri Qarabağda

    Suriya erməniləri Qarabağda ...

    26-12-2012, 16:37


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu