GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » "Ermənistan Azərbaycan Ordusundan aldığı son zərbələrdən elə sarsılıb ki..." - Polkovnik

"Ermənistan Azərbaycan Ordusundan aldığı son zərbələrdən elə sarsılıb ki..." - Polkovnik

Tarix: 5-05-2016, 18:16 Bölmə :Siyasət Baxış: 0
"Ermənistan Azərbaycan Ordusundan aldığı son zərbələrdən elə sarsılıb ki..." - Polkovnik

"Ermənistan rəhbərliyi və cəmiyyəti Azərbaycan Ordusundan aldığı son zərbələrdən elə sarsılıb ki, artıq nə danışdığını və nə etdiyini bilmir. Aprel ayının əvvəllərində baş verən döyüş toqquşmalarında öldürülən erməni hərbçilərin böyük əksəriyyətinin Ermənistan vətəndaşı olduğu elə özlərinin Müdafiə Nazirliyinin açıqladığı məlumatlarda qeyd olunurdu. Ermənistan Müdafiə Nazirliyinin rəsmi məlumatında Dağlıq Qarabağda gedən döyüşlərdə ölənlərin Ermənistanın müxtəlif yerlərində doğulduğu və oradan hərbi xidmətə çağırıldığı açıq-aydın göstərilirdi. Üstündən bir müddət keçəndən sonra istefada olan erməni hərbçilərin Ermənistanın guya Qarabağa hərbçi göndərmədiyi, Azərbaycan Ordusu ilə yalnız separatçı rejimin "öz ordusunun döyüşdüyü” barədə cəfəng bəyanatlar səsləndirmələri sərsəmlik və aqoniya əlamətlərindən başqa bir şey deyil".

Bunu APA-ya açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Məhərrəm Cahangirov deyib.

M. Cahangirov deyib ki, Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda gedən əməliyyatlarda iştirak etməməsi barədə bu ölkənin keçmiş müdafiə naziri Vaqarşak Arutunyanın açıqlaması da əsassız və gülüncdür: "Onda son döyüşlərdə ölən, Ermənistan vətəndaşları olan hərbçilər Dağlıq Qarabağa hansı əsaslarla göndərilib? Ermənistan hərbçilərinin işğal olunmuş Azərbaycan ərazilərinə hərbi xidmətə göndərilməsi, orada ön xəttə çıxarılması, döyüşlərdə iştirak etməsi və nəhayət öldürülməsi nəyin əsasında baş verir? Ən nəhayət, əgər Ermənistan Silahlı Qüvvələri əsgəri, silahı, texnikası ilə Dağlıq Qarabağda döyüşmürsə, son məğlubiyyətə görə niyə Ermənistan müdafiə nazirinin müavini, kəşfiyyat və rabitə idarələrinin rəisi istefaya göndərilirdi?"

O, erməni tərəfinin açıqlamalarında ziddiyyət təşkil edən digər faktları da göstərib: "Aprelin əvvəllərində aktiv hərbi əməliyyatlar zamanı Ermənistanda keçmiş döyüşçülərin könüllü olaraq Qarabağa döyüşə yollandıqlarını əks etdirən yüzlərlə məlumat, video var. Hətta "Sünik könüllüləri"nin olduğu avtobusun Ağdərədə Azərbaycan Ordusunun kamikadze-dronla vurması nəticəsində xeyli sayda keçmiş hərbçinin öldüyünü də ermənilər özləri təsdiqləmişdi. Ermənistan ordusunda bas alıb gedən anarxiya, vahimə və əsgər çatışmazlığı elə həddə çatıb ki, onlar vəziyyəti guya düzəltmək, səngərlərdə qorxudan titrəyən , mənasız ölməkdən qorxan gəncləri sakitləşdirmək üçün qoca quldurlardan, 70-80 yaşlı ahıllardan da istifadə etmək məcburiyyətində qalıblar. Dünən isə Ermənistanın "168.am” saytı aprelin əvvəlində gedən döyüşlərdə Vanadzor şəhərinin keçmiş meri Arutunyan Andranikin ağır yaralandığı barədə məlumat yayıb. Minaatan mərmisinin partlaması nəticəsində o, bir ayağını itirib, çoxsaylı qəlpə yaraları alıb, hazırda Xankəndində müalicə olunur. Ortada bu qədər fakt varkən, istefada olan erməni hərbçilərin bu cür açıqlamalar verməsi həqiqətən ağlasığmazdır və ermənilərin əsil riyakar simasının gostəricisidir".

M. Cahangirov əlavə edib ki, Qarabağ münaqişəsi başlayandan Dağlıq Qarabağ ermənilərindən ibarət heç bir tabor belə döyüşlərdə iştirak etməyib: "Qarabağda əhali qalıb ki, onların da özünü müdafiə hissələri olsun? Bu danılmaz faktdır ki, Qarabağ müharibəsini Ermənistan Silahlı Qüvvələri aparır. İstər əvvəlki, istərsə də aprelin əvvəllərində keçirilən son əməliyyatlarda düşmənin ölən və yaralanan canlı qüvvəsinin siyahısına baxmaq kifayət edir ki, bunu anlayasan. Məhv edilən canlı qüvvənin 95 faizindən çoxu Ermənistan vətəndaşlarıdır. Bu fakt danılmazdır".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Ermənistan itkilərdən sarsılıb"

    "Ermənistan itkilərdən sarsılıb" ...

    4-04-2016, 00:12

  • 
  • Ermənistanın son itkiləri: 114 ölü, 140 yaralı – Rəsmi

    Ermənistanın son itkiləri: 114 ölü, 140 yaralı – ...

    28-04-2016, 16:11

  • 
  • Ermənistanın son itkiləri: 114 ölü, 140 yaralı – Rəsmi

    Ermənistanın son itkiləri: 114 ölü, 140 yaralı – ...

    28-04-2016, 21:50

  • 
  • Ermənilər Azərbaycana qarşı döyüşmək istəmirlər...

    Ermənilər Azərbaycana qarşı döyüşmək istəmirlər... ...

    3-06-2016, 15:35

  • 
  • Ermənistan ordusunun polkovniki məhv edildi - RƏSMİ

    Ermənistan ordusunun polkovniki məhv edildi - ...

    29-09-2020, 12:18


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu