Gəncə şəhərində hamilə qadın əməliyyat zamanı dünyasını dəyişib
Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxananın Ginekologiya şöbəsinin müdiri Məhəbbət Məmmədova AzVision.az-a açıqlamasında bildirib ki, 1982-ci il təvəllüdlü Aynur Oktay qızı Kərimova iki aylıq hamilə olub. Onun sözlərinə görə, hamilə qadın xəstəxanaya tam huşsuz, təzyiq “0” vəziyyətində gətirilib.
“Qadın haqqında məlumatları ancaq yaxınları verib. Məlum olub ki, Aynur Oktay qızı Kərimova 5 gün əvvəl hamilə olub-olmadığını öyrənmək üçün Dəmiryol Xəstəxanasına müraciət edib. Orda baxılıb və bildirilib ki, uşaqlıq boşdur. Evə getdikdən sonra vəziyyəti pisləşsə də, həyat yoldaşı həkimə aparmayıb və bildirib ki, “həkimdən çox bilməyəcəksən ki, hamilə deyilsən”. Sonda baldızı onu başqa xəstəxanaya aparmağı bildirib. 5 gündən sonra bizə gətiriləndə vəziyyəti çox pis idi. Qəbuldan birbaşa reanimasiyaya qaldırılıb. Ürəyi dayanmışdı, masaj və iynələrlə özünə gətirilib əməliyyat etdik”.
M.Məmmədovanın sözlərinə görə, hamilə qadın 3 litr qan itirib: “Biz ona qan köçürtdük, əməliyyat etdik, amma sonra onu ayıltmaq mümkün olmadı. Onun iki azyaşlı körpəsi var”.
Faktla bağlı Gəncə şəhər prokuroluğunda araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?