Suraxanı rayonu Bülbülə qəsəbə sakini Emin Cəfərov onunla eyni məhəllədə yaşayan İsmət Qəmbərovu bıçaqlayıb.
Region TV xəbər verir ki, polis əməkdaşları yaralının əməliyyat edildiyi xəstəxanaya gəldikdə Emin Cəfərovun da orada olduğunu görüblər.
Araşdırma zamanı məlum olub ki, sinə nahiyəsindən yaraladığı İsməti xəstəxanaya Emin özü çatdırıb. Polis bölməsinə gətirilən Emin Cəfərov İsməti qısqanclıq zəminində vurduğunu bildirib.
Onun sözlərinə görə altı aydır ki, məhəllələrində İsmətin onun bacısı ilə əl- ələ gəzməsi barədə söz-söhbət yayılıb. Buna son qoymaq istəyən Emin İsmətlə söhbət etmək qərarına gəlib. Elə hər şey bundan sonra baş verib.
"Məhəllədə söz-söhbət yayılmışdı, mənə də məlumat çatdı, eşitdim ki, guya mənim bacımla öpüşüb. Ona görə də bir neçə dəfə onunla söhbət etdim, dedi ki, belə bir şey olmayıb. Dedim ki, bu söhbətin axırına kimi gedəcəm, bu elə-belə söhbət deyil, qeyrət söhbətidir. Əlimlə çənəsindən itələdim, 3-4 təpik vurdum, 2-3 dənə də o yumruq vurdu. Burnum qanadı, hirsləndim, bıçaqla vurdum", - deyə Emin Cəfərov bildirib.
İsməti bıçaqlayan Emin daha sonra ona kömək etmək qərarına gəlib və onu xəstəxanaya çatdırıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?