Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Cəmaləddin Əliyevin evində qohumu, Maştağa qəsəbə sakini Elçin Qənbərov münaqişə zəminində ona odlu silahdan atəş açaraq xəsarət yetirib.
Milli.Az DİN-ə istinadən bildirir ki, C.Əliyev xəstəxanaya yerləşdirilib. E.Qənbərov könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gələrək təslim olub və kustar üsulla hazırlanmış tapançanı təhvil verib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?