Bu qanunsuz cəzanın araşdırılmasını və törətdikləri cinayətə məhkəmədə baxılmasını tələb edirlər»
“Ömürlük həbs cəzası almış bir qrup məhbus 5 gündür Qobustan həbsxanasında aclıq aksiyası keçirir. Aksiyaçılar vaxtilə ölüm cəzasına məhkum olunmuş, sonradan cəzaları ömürlük həbslə əvəzlənmiş şəxslərdir. Onlar məhkumluqlarına yenidən baxılmasını tələb edirlər. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AzadlıqRadiosuna aclıq edənlərin həkim nəzarətində olduğunu deyir: «Aclıq edənlər, demək olar ki, yarıbayarı azalıb. Haradasa 10 nəfərə yaxın hazırda aclıq aksiyası keçirir. Səhhətlərində də hər hansı problem yoxdur, çünki həm həkim nəzarətindədirlər, həm də əməkdaşlarımız nəzarət edirlər ki, səhhətləri pozulsa, müdaxilə olunsun». Aclıq edənlərdən birinin – Şakir Rzaxanovun anası Müslümət Rzaxanovanın dediyinə görə, məhbuslar aksiya keçirməklə problemlərinin həllinə can atırlar: «Məhkumlar ömürlük həbs cəzasını qanunsuz sayırlar. Məhkəməsiz və mövcud olmayan məcəlləyə dayanaraq onların hamısına ömürlük cəza verilməsi qanunsuzdur.”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?