Həbsdə olan ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
gundemxeber.az bildirir ki, bu barədə virtualaz.org-a vəkil Əfqan Məmmədov məlumat verib. Vəkil müdafiə etdiyi şəxsin ittihamları qəbul etmədiyini deyib.
Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. Barəsində 4 aylıq həbs-qəti imkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?