Dənizdə 23 yaşlı gənc batıb. FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Səbail rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 900 metr aralı, nəzarətsiz ərazidə) 1993-cü il təvəllüdlü Mustafayev Məhəmməd Əşrəf oğlunun suda batması haqqında məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq M.Mustafayevin cəsədini sudan taparaq çıxarıb və aidiyyəti üzrə təhvil verib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?