Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Ismayıllı rayonununda istirahət mərkəzinin ərazisində yerləşən süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 55 km aralı, nəzarətsiz ərazidə) 1992-ci il təvəllüdlü Muradov Ramin Mehman oğlunun suda batması haqqında məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq R.Muradovun cəsədini batdığı yerdən 8 metr aralıdan çıxararaq aidiyyəti üzrə təhvil verib.
Sorğu
Yeni dizaynımız necədir?