Xaçmazda bir ailənin 4 üzvü avtomobillə xəstəxanadan qayıdan zaman su kanala düşüb.
gundemxeber.az Region TV-yə istinadən bildirir ki, hadisə rayonun Gödəkli kəndi ərazində baş verib. Həmin kəndin sakini 25 yaşlı Sirac Mahmudov ehtiyatsızlıqdan idarə etdiyi "VAZ 2106" markalı avtomobili Xan arxına aşırıb. Hadisə zamanı avtomobildə sürücünün uşaqları 2 yaşlı Aydan və 40 günlük körpə Nicat, həmçinin anası 45 yaşlı Lalə Mahmudova da olub.
Kanala düşən 40 günlük körpə Nicatın həyatını kənd sakini Mahmud Mahmudov xilas edib. Avtomobili isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə baş verən ərazidən təxminən 1 kilometr uzaqlıqda sudan çıxara biliblər. Kənd sakinləri isə bu dəfə xoşbəxtlik nəticəsində ölənlərin olmadığını, lakin bu kanalda dəfələrlə bu cür hadisələrin, həmçinin mal qaralarını su apardığını bildirirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?