Bərdə rayonunda avtomobilin kanala aşması nəticəsində suda boğulan uşaqlardan birinin meyiti tapılıb.
Bu gün səhər saatlarında Bərdə rayonunun Bəcirəvan kənd sakini Abdullayev Akif Şahmalı oğlu idarə etdiyi "VAZ-21011" markalı avtomobili Qarabağ su kanalına aşırıb. Onun özü sudan çıxıb. Qardaşının avtomobildə olan azyaşlı nəvələri Əsədov Asif Qulu oğlu və Əsədov Mirələm Qulu oğlu suda boğulub. Uşaqlardan birinin meyiti hadisənin baş verdiyi ərazidən təxminən 10 mk aralıda-Qarabağ kanalının Ağcabədi rayonunun Təzə kənd kəndi ərazisindən keçən hissəsində aşkarlanıb. Digər uşağın axtarışları davam etdirilir. Kanala düşən avtomobilin yerini də müəyyənləşdirmək hələlik mümkün olmayıb. FHN-in əməkdaşları axtarışlarını davam etdirirlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?