gundemxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan yolunda qeydə alınıb. Hövsan istiqamətində "Daewoo" markalı avtomobili ilə hərəkətdə olan 28 yaşlı Elvin Məmmədov yolda qazılan kanala düşüb. Elvin Məmmədov qəzaya uğrayan avtomobildən özü çıxa bilib. Hadisə nəticəsində sürücü xəsarətlər alıb. Hadisə şahidlərinin sözlərinə görə, təmir aparılan yolda kanalın qazılması barədə xəbərdaredici nişan olmayıb.
Hadisə yerinə cəlb edilən ağır texnika vasitəsi ilə avtomobil kanaldan çıxarılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?