Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova APA TV-yə ölüm faktını təsdiqləyib. Bir neçə gün öncə 32 yaşını qeyd edən Pərvanə Məmmədova işə gedirmiş. Onun meyiti hazırda 3 saylı şəhər xəstəxanasının morqundadır.
***
10.24
Bu gün saat 10:00 radələrində Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Hövsan qəsəbəsində, “Hyundai” markalı avtomobil Hövsan kanalına düşüb. Nəticədə avtomobildə olan sərnişin dünyasını dəyişib, sürücü isə xilas ola bilib.
Sürücünün İTV telekanalının əməkdaşı olduğu bildirilir. Lakin hələlik onun kimliyi müəyyən olunmayıb. Hadisə nətcəsində isə sürücünün bacısı 32 yaşlı Pərvanə Valeh qızı Məmmədova boğulub.
Dünyasını dəyişən qadının Səhiyyə Nazirliyinin əməkdaşı olduğu bildirilir. Qəzaya uğrayan avtomobilin sürücüsü isə İTV-nin aparıcısı Rafiq Məmmədov olub. Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, təcili yardım həkimləri, polis, prokurorluq və digər hüquq-mühafizə orqanlarınınə məkdaşları cəlb olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?