Rusiyalı velosipedçi-ekstremal Aleksandr Nikulin həmkarı İrek Rizayevlə birlikdə Bakıda Heydər Əliyev Mərkəzinin divarlarını fəth etməyə çalışdıqlarının videogörüntülərini internetdə paylaşıb.
Nikulin və Rizayev Rusiyada tanınmış idmançılardır və veloidmanın ekstremal növləri üzrə bir sıra yarışın qalibləridir. Özünün qeyri-adi dizaynı və iti bucaqlarının olmaması ilə Bakıdakı Heydər Əliyev Mərkəzi onların diqqətini cəlb edib.
“İrek Rizayevlə mən Bakıdayıq. Bu yaxınlarda Barselonada olmuşduq və deyə bilərik ki, Bakı daha gözəldir, - bunu Nikulin kameraya deyir. – Barselonada “spotlar” (idmanın ekstremal növləri ilə məşğul olmaq üçün yerlər) çox istifadə edilib və bu qədər cəlbedici deyillər”.
Bir neçə o qədər də uğurlu alınmayan cəhddən sonra rayderlərə Mərkəzin əməkdaşı yaxınlaşır və mühafizə xidmətini çağıracağı ilə hədələyir. Lakin ekstremalları bu qorxutmur. Onlar velosipedləri ilə Mərkəzin divarlarına dırmaşmaqda davam edirlər.
“Biz inanılmaz “spot”dayıq və indi maksimum proqramımız hər şeyi 15 saniyəyə edib qurtarmaqdır ki, mühafizəçilər gəlib qollarımıza qandal taxmasınlar, - Aleksandr Nikulin davam edir. – Onlar bunu bizə artıq söz veriblər. Buna görə də, ilk cəhddən zirvəni fəth etməliyik”.
Və rusiyalı ekstremallar qarşılarına qoyduqları vəzifənin öhdəsindən gəlirlər. Deyəsən. Bakını da əla əhval-ruhiyyədə tərk ediblər.
“Ümumiyyətlə. Bakı çox xoş, gözəl şəhərdir, sadəcə inanılmazdır. O. Rusiyadan uzaqda deyil, amma rusiyalılar anlamırlar ki, burada nələr baş verir. Memarlıq, insan amili və bütün digər anlamlarda bu bir beyin fırtınasıdır”, - idmançı vəcdə gəlir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?