gundemxeber.az bildirir ki, hadisə şahidlərinin criminal.az-a verdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. ''Range Rover'' markalı avtomobil Yavər Əliyev küçəsindəki piyada keçidində yolu keçmək istəyən kişini vurub. Zərbənin təsirindən piyada hadisə yerindən bir neçə metr kənara düşüb.
Ağır vəziyyətdə olan yaralı təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Avtomobil isə gəldiyi sürətlə də hadisə yerindən qaçıb. Hazirda ərazidə polis əməkdaşları araşdırma aparır, kamera görüntüləri ilə piyadanı vuran avtomobili müəyyən edtməyə çalışırlar.
Hadisə şahidləri bildirirlər ki, həmin piyada keçidinin xətləri bir neçə aydır silinsə də, yol polisi problemin aradan qaldırılmasında maraqlı deyil.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?