Azərbaycanda özəl tibb mərkəzlərindən birində 3 yaşlı Arzu Qurbanlı ölüm səbəbi açıqlanıb.
gundemxeber.az bildirir ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya verilən xəbərə görə, aparılan ekspertiza nəticəsində körpənin ölüm səbəbi aspirasiya, mədə möhtəviyyatı ilə əlaqədardır.
Belə ki, damaq badamcıqlarından əməliyyat olunan uşaqda sonradan qusma olub, nəticədə qusuntu kütlələri udulub. Buna qusuntu kütlələrinin aspirasiyası deyilir. Qusma zamanı kütlələr uşağın tənəffüs yollarına gedib və uşaq bundan dünyasını dəyişib. Meyidin ekspertizası zamanı onun traxeya və bronxları qusuntu kütləsi, mədə möhtəviyyatı ilə dolu olub. Körpə bunun nəticəsində vəfat edib.
"Bu proses körpənin yaxınlarının iştirakı ilə keçib, onlar da şahid olublar ki, uşağın traxeya və bronxları mədə möhtəviyyatı ilə dolmuş olub", - deyə Birlikdən bildirilib.
Qeyd edək ki, 3 yaşlı Arzu Qurbanlı Sumqayıtda özəl klinikalardan birində burun-boğaz əməliyyatı olunub. A. Qurbanlı əməliyyatdan bir neçə saat sonra dünyasını dəyişib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?