Bakıda 2 yaşlı oğlanın əli ət maşının içində qalıb.
gundemxeber.az Lent.az-a istinadən xəbər verir ki, bu gün saat 14:03-də 112 Xidmətindən Nəsimi rayonu, Mircəlal küçəsi 38/35 ünvanında uşağın əlinin ət maşınında sıxılıb qalması və köməyə ehtiyacı olması barədə Xüsusi Riskli Xilasetmə Xidmətinə məlumat daxil olub. Dərhal mobil mütəxəssis-xilasedicilər və Yasamal rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə cəlb edilib. Hadisə yerində məlum olub ki, 2012-ci il təvəllüdlü Əliyev Elvin Emin oğlunun sol əlinin barmaqları ət maşınında sıxılaraq qalıb. Xilasedicilər hadisə yerinə olan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarının nəzarəti altında ət maşınının hissələrini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alətlər (kəsici laqunda aləti) vasitəsilə kəsərək hissələrə ayırıb. Sıxılmış vəziyyətdə olan uşağın sol əlinin barmaqlarını ət maşınından çıxararaq onu hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?