GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “İcra məmurlarından şikayət etdim, narkotiklə tutuldum”

“İcra məmurlarından şikayət etdim, narkotiklə tutuldum”

Tarix: 6-07-2016, 13:47 Bölmə :Ölkə Baxış: 622
“İcra məmurlarından şikayət etdim, narkotiklə tutuldum”

Şərlənərək həbs olunan məhkum məhkəmədə faktlar açıqladı

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Lənkəran sakinləri - Saleh Cavadov və Rafiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Rafiq Əliyev 2014-cü ilin yanvar ayının ortalarında Lənkəran rayonu Siyabli kənd sakini Saleh Cavadovdan satış məqsədi olmadan qanunsuz olaraq 5,97 qram narkotik vasitə olan qurudulmuş marixuananı 10 manata alıb.

Rafiq Əliyev əldə etdiyi narkotik vasitəni əynindəki şalvarının cibində saxlayıb. O, 23 yanvar 2014-cü il tarixdə, saat 17 radələrində Lənkəran şəhər polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı Lənkəran rayonunun Şovu kəndində saxlanılıb və şöbənin inzibati binasına gətirilib. Şöbədə Rafiq Əliyevin üzərində şəxsi axtarış aparılarkən həmin narkotik vasitə ondan aşkar olunaraq götürülüb.

Bundan başqa, Saleh Cavadov istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan iki ədəd kibrit qutularında və 1 bükümdə çəkiləri 4,36 qram, 3,80 qram və 0,25 qram, ümumi çəkisi 8,41 qram narkotik vasitə olan qurudulmuş

marixuananı əldə edib və idarə etdiyi “Mercedes Benz” markalı avtomobilində saxlayıb.

Fevralın 27-də Saleh Cavadov polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış zamanı narkotik vasitə oradan aşkar edilib.

İki nəfərə cəza

Saleh Cavadov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddələri ilə Rafiq Əliyev isə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunub.

Narazılıq doğuran hökm

Lənkəran rayon Məhkəməsinin hökmü ilə Saleh Cavadov 4 il 6 ay, Rafiq Əliyev isə 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Saleh Cavadov apelyasiya şikayəti verib. O, şikayətində barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini istəyib.

Bir müddət əvvəl Saleh Cavadovun barəsində verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsində baxılıb. Həmin vaxt işə baxan hakim kollegiyası Saleh Cavadovun apelyasiya şikayəti qismən təmin olunub.

Məhkəmənin qərarına görə, Saleh Cavadovun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ittihamdan xaric edilib və onun cəzası 4 ilə endirilib.

Kim haqlıdır?

Həmin qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokurorun protesi baxılması üçün Ali Məhkəməyə göndərilib. Ali Məhkəmədə işə baxan hakimlər prokurorun protestini təmin edib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Bu səbəbdən Saleh Cavadova aid hissədə cinayət işinin materialları yenidən araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya instansiyasında bu dəfə iş hakim İsmayıl Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Barəmdə saxtalaşdırılmış cinayət işi açılıb”

Saleh Cavadov bildirib ki, barəsində saxtalaşdırılmış cinayət işinə görə özünü təqsirli bilmir. Onun sözlərinə görə, 2013-cü ildə icra məmurlarının qara əməlləri barəsində dövlətimizin bir neçə orqanlarına əsaslı faktlarla

şikayət ərizələri ilə müraciət edib: “Buna görə Lənkəran rayon polisi qanunu və həqiqəti gizlətmək məqsədi ilə barəmdə saxtalaşdırılmış cinayət işi açıb. Lənkəran polisinin saxtalaşdırılmış cinayət işinə Lənkəran rayon Məhkəməsinin sədri Elçin Kazımov baxmıb. Lənkəran rayon Məhkəməsində hüququm bir neçə halda pozularaq günahsız olduğum halda, 5 iyun 2014-cü il tarixli hökmlə 4 il 6 ay müddətə azadlıqdan məhrum edilmişəm. Rafiq Əliyev isə 1 il müddətə azadlıqdan məhrum edilib”.

“Polisdə deyiblər ki, Salehin üzünə dayan”

Saleh Cavadovun sözlərinə görə, 23 yanvar 2014-ci il tarixdə Rafiq Əliyev tutularkən, ilk ifadəsində üstündən aşkar olunmuş narkotik vasitə olan 5.97 qram marixuananı guya ondan aldığını bildirib: “Rafiq Əliyev ifadəsində bildirib ki, guya 10 gün əvvəl mənim mobil nömrəmə zəng edib və narkotik vasitəni 10 manata alıb. Halbuki Rafiq Əliyevin ifadəsində göstərdiyi belə telefon nömrəsi işlətməmişəm. 2014-cü il yanvar ayının 10-da anam Liman şəhərində vəfat edib. Mən də anamın yas mərasimində olmuşam. Heç bir naxələf övlad anasının yas mərasimini buraxaraq 80 kilometr məsafəyə maşın sürüb və 10 manata 6 qram marixuana satmazdı. Lənkəran polisi Rafiq Əliyevlə şərt kəsib ki, biz səni buraxırıq ev dustaqlığına, ancaq sən Salehin üzünə dayan, de ki narkotiki səndən almışam. Fevralın 27-də yaşadığım Lənkəran rayonunun Siyablı

kəndinin çayxanasında polislər məni şəxsi “Mercedes” markalı avtomobilimə əyləşdirərək, polis şöbəsinə gətirdilər. Polis şöbəsinə çatana qədər polis şöbəsinin əməkdaşları 1 kibrit qutunu maşının arxa polkasında olan apteçkanın içərisinə, 1 kibrit qutusunu dirsək vermək üçün qoltuqaltı tumbuçkasının içinə, bir balaca siqaret zərfinə bükülünü isə kurtkasının döş cibimə qoydular”.

“Hakim dedi ki, nə fərqi var...”

Saleh Cavadov bildirib ki, məhkəmə iclasında hal şahidləri Asəf Quliyev və Tarif Hacıyev dindirilib: “Hal şahidləri suallara cavab olaraq bildiriblər ki, Saleh Cavadovun üzərinə baxış keçirilib və Saleh bildirdi ki, bu narkotiki polis əməkdaşları onun üzərinə və maşınına qoyublar. Hakim Elçin Kazımov şahidlərə deyib ki, mən sizi bir də hal şahidi qismində məhkəmədə görməyim. Elçin Kazımov məhkəmədə mənə bildirdi ki, sən Liman şəhərində yaşamırsan, niyə ordan şikayət yazırsan. Ona dedim ki, axı mən azərbaycanlıyam. Polis əməkdaşı Ənvər Həsənov məhkəmədə verdiyi sualına cavab olaraq təsdiqləyib ki, bir neçə polis əməkdaşları olmaqla 27 yanvar 2014-cü il tarixdə mənimlə görüşüblər. Sual verdim ki, Rafiq Əliyev 23 yanvarda tutulub, narkotiki ondan almasını bildirmişdirsə də, bəs nə üçün siz mənimlə 27 yanvarda görüşəndə həbs etmədiniz?. Mənə cavab verildi ki, onlar faktla adam tuturlar, həmin vaxt fakt olmayıb. Necə olur ki, 23 yanvarda

Rafiq Əliyev mənimlə görüşəndə fakt sayılmadı, tutulduğum gün fakt sayılır. Hakim Elçin Kazımov bildirdi ki, sənin üçün nə fərqi var, həmin gün, yaxud 35 gündən sonra səni tutsunlar”.

Məhkum qeyd edib ki, məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı Amil Abdinov da sual verib: “Amilə dedim ki, əgər Rafiq Əliyev ilk ifadəsində narkotiki məndən aldığını bildirmişdirsə, nə üçün siz məni axtarmadınız və yaxud axtarış elan etmədiniz? Amil Abdinov cavabında bildirdi ki, biz səni axtarmışıq, tapa bilməmişik”.

“Hakim günahsız olduğumu sübut edən faktlara göz yumub”

Saleh Cavadov bildirib ki, bir çox kağızlarda onun yerinə imza qoyublar: “Rafiq Əliyevlə razılaşma əldə etdikdən sonra onu martın 12-də ev dustaqlığına buraxıblar. Martın 14-də ekspertizadan rəy alınıb ki, Rafiq Əliyevin üstündən çıxan marixuana mənim üzərimdən çıxan marixuana ilə eyni tərkiblidir. İstintaq zamanı vəkilim tərəfindən 3 vəsatət verildi, lakin vəsatətlərin heç biri təmin olunmadı. Vəsatətlərdən 1-si Rafiq Əliyevin mobil telefonuma zəng vurması və telefonuma gələn-çıxan zənglərin tele-anten dairəsində çıxarılması barədə, 2-si maşınımdan və cibimdən çıxan kibrit qutusundan barmaq izlərinin çıxarılması barədə,

3-sü yas mərasimində bir saat harasa uzaqlaşmamı təsdiq etmək üçün Liman şəhərində yas mərasimində iştirak edən vətəndaşların şahid qismində dindirilməsi barədə olub.

Məhkəmə iclasında da bu vəsatətlər vəkilim tərəfindən verilib. Məhkəmə iclasında bir vəsatəti də mən verdim ki, məhkəməm açıq elan olunsun, məhkəmə iclası videolentə alınsın, çəkilişin surəti cinayət işinə əlavə olunsun. Hakim Elçin Kazımov həmin vəsatətlərdən heç birini qəbul etmədi. Rafiq Əliyev polislər tərəfindən məlumatlandırılaraq, məhkəmə iclasında bildirdi ki, mobil telefonuma ə günorta çağı zəng edib. Guya həmin vaxt mən də bildirmişəm ki, hüzürlüyəm, gecə saat 12-1 arası Rafiqə zəng edib, evinin yanında marixuananı vermişəm. Rafiq həmçinin bildirib ki, marixuananı 15 ildir çəkirmiş, çəkməyəndə bədənində ağrılar olurmuş. Görəsən məqsəd nə idi ki, marixuananı alıb cibində 10 gün saxlayıb, amma istifadə etməyib. Hakim Elçin Kazımov günahsız olduğumu sübut edən faktlara göz yumaraq Lənkəran polisinin saxtalaşdırılmış cinayət işinə himayədarlıq edib, məni günahkar hesab edib.

Saleh Cavadov çıxışının sonunda barəsində ədalətli qərar çıxarılmasını xahiş edib. Vəkil və dövlət ittihamçısının çıxışlarını dinləyən hakim heyəti sonda qərar elan edib.

Qərara görə, Saleh Cavadovun apelyasiya şikayəti təmin edilməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lənkəran sakini narkotik vasitə ilə yaxalanıb

    Lənkəran sakini narkotik vasitə ilə yaxalanıb ...

    13-02-2016, 13:58

  • 
  • Narkotik daşıyan dəstə tutuldu

    Narkotik daşıyan dəstə tutuldu ...

    21-12-2012, 14:08

  • 
  • Narkotiklərlə bağlı xüsusi əməliyyat

    Narkotiklərlə bağlı xüsusi əməliyyat ...

    7-02-2015, 00:22

  • 
  • Oğurluq edən gənc həbs edildi

    Oğurluq edən gənc həbs edildi ...

    18-05-2016, 01:18

  • 
  • Bakıda 3 nəfərdə narkotik vasitə aşkarlanıb.

    Bakıda 3 nəfərdə narkotik vasitə aşkarlanıb. ...

    13-01-2016, 12:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu