Az qala ölkənin hüdudlarından da kənarda əxlaqsızlıq məkanı kimi məşhurlaşan "Clear" otelinin fəaliyyətinə müdaxilə etmək Azərbaycanın güc strukturlarının səlahiyyətləri kənarındadır. Əgər belə olmasa idi uzun illərdi əxlaqsızlıq yuvası kimi tanınan bu otelin faliyyətinə xitam verilərdi. Əksinə keçmiş MTN-nin rəhbərliyinin "krışalığı" sayəsində adı müxtəlif cinayətlərdə hallanan "Clear" otelinin sahibləri olan Feyziyev Fəxrəddin və Fikrət qardaşları özlərinin "əxlaqsızlıq biznesi" ilə yanaşı cinayətkar əməllərini çiçəkləndirməkdə davam edirlər.
Azerinews.tv-yə daxil olan daha yeni məlumatlarda qeyd edilir ki, adı çəkilən qardaşlar Ukraynadan, Rusiyadan, Malaziya və dünyanın müxtəlif ölkələrindən "Clear" otelinə gətirilən cazibədar qızlar cinsi istismara məruz qalırlar. Baxmayaraq ki, qadın ticarəti ən ağır cinayət əməllərindən biri hesab olunur bu qardaşları əsla belə qorxudmur. Buna səbəb isə Feyziyevlər ailəsinin yüksək dairlərlərlə sıx əlaqələrinin olmasıdır. Bundan əlavə məlumatlar görə, Fikrət Feyziyevin oğlanları Elvin və İslam Feyziyevlərin yaşam tərzlərinə görə məmur övladlarından heç də geri qalmırlar və hətta bəzi məqamlarda onları bir qədər də üstələdiklərini iddia edən mənbənin bildirdiyinə görə, lüks həyat yaşayan qardaşlar vaxtlarının böyük bir hissəsini istirahətdə, əyləncə məclislərində keçirlər: «Belə ki, atalarının «Clear» otelində yüngül həyat tərzi keçirən qadınların hesabına əldə etdiyi milyonları kef məclislərinə xərcləyən Elvin və İslam Feyziyevlər ən son model, bahalı avtomobillərdə – «Mercedes Galenvagen», «Rolls Royce», «Lexus 570» və «Mercedes S Klass»da gəzirlər. Onların maşınlarının nömrələri də kifayət qədər bahalıdır. Məsələn, «Clear»ın sahibinin övladlarının idarə etdiyi avtomobillərin üzərində 99 BB 005, 90 FX 090, 90 AD 090, 99 DD 005 və 10 OB 002 dövlət nömrə nişanı qeyd olunub.
Azerinews.tv-yə Fəxrəddin və Fikrət Feyziyevlər qardaşlarının cinayətləri barəsində danışan mənbə onların maraqlı keçmişlərinə də toxunub. Qardaşlar hələ 90-cı illərdə yaranmış vəziyyətdən əlverişli şəkildə istifadə edərək, ilk öncə qırmızı civə, sonradan isə Ermənistandan İrana nüvə reaktorları üçün uran və plutoniumunun satışını təşkil etməyə başlayıblar. Hətta vəziyyət o yerə çatıb ki, məsələ ilə bağlı ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Azərbaycan Milli Təhlükəsizlik Nazirliyini bu məsələ ilə bağlı xəbərdarlıq edib. Bir xeyli müddət qeyd olunan bizneslə məşğul olan qardaşlar, nəhayət, 2000-ci illərin əvvəllərində MTN-in diqqət mərkəzinə düşüblər. Namiq Abbasovun ( o zaman MTN-nin rəhbəriydi-red) göstərişi əsasında adları çəkilən qardaşlarla bağlı əməliyyat keçirilir və onlar həbs olunublar. Hətta deyilənən görə, Fəxrəddin Feyziyev o dövrdə Namiq Abbasova bu məsələnin ört-basdır edilməsi üçün üç milyon dollar rüşvət də təklif edib. Lakin N.Abbasov rədd cavabı verib. Ancaq Fikrət və Fəxrəddin qardaşları qısa müddət ərzində müəmmalı şəkildə MTN-in təcridxanasından çıxmağa nail olublar. Lakin bunun kimlər və ya kim tərəfindən edildiyi hələ də məlum deyil.
ANONS: Növbəti yazımızda "Clear" otelinin sahibləri Azərbaycanda çevriliş etməyə cəhd göstərən Fərhad Əliyevə maliyyə yardımları barədə; Fəxrəddin Feyziyevin hansı prokurora odlu silahdan atəş açması; Fikrət Feyziyevin Teymur adlı Azərbaycan vətəndaşını diri-diri yadıraraq öldürməsi və türk iş adamını mazut çəlləyində böğaraq qətlə yetirməsi haqda geniş yazı dərc edəcəyik. Bizi izləyin... Azerinews.tv
Sorğu
Yeni dizaynımız necədir?