Ötən gün saat 22 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanında məcburi eniş edən London-Mumbai marşrutu üzrə təyyarənin sərnişinləri və heyəti şirkətin digər təyyarəsi ilə bu gün saat 14:37-də Bakıdan yola düşüb.
Hava Limanından “Report”a bildirilib ki, göyərtəsində 236 nəfər sərnişin olan “Air İndia” aviaşirkətinə məxsus təyyarə təmir olunmalıdır.
Qeyd edək ki, sözügedən marşrut üzrə aviareyslər “Boeing 787” təyyarəsi ilə həyata keçirilir. Təyyarə texniki problemlər səbəbindən məcburi eniş edib.
* * *15:25
"Air İndia" aviaşirkətinə məxsus London-Mumbay marşrutu üzrə reys həyata keçirən təyyarə ötən gün gecə saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanına məcburi eniş edib.
Bunu Trend-ə hava limanından deyiblər.
Qeyd ediblər ki, göyərtəsində 206 sərnişin olan təyyarə texniki səbəblərə görə saat 22:00 radələrində Bakı aeroportuna uğurlu eniş edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?