Milli.Az bildirir ki, bunu anspress-ə Azərbaycan Dəmir Yollları QSC-nin mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədov deyib.
Xidmət rəhbəri biznes-klas üçün nəzərdə tutulan yerlərin qiymətinin 2,50 AZN-dən 1,60 AZN-ə endirildiyini bildirib.
"Artıq iyulun 1-dən qiymətlərdə endirimlər etmişik. Buna səbəb həmin yerlərə tələbatın az olması idi. Amma 15 gündür, qiymətləri endirmişik və sərnişin sayında bu hiss olunur". Qeyd edək ki, bu istiqamətdə ikimərtəbəli qatarlar işləyir.
Ötən ilin sentyabrın 15-dən Bakıdan Sumqayıta tam gücü ilə qatarlar işə düşüb. Həmin qatarlar Keşlə, Biləcəri, Xırdalan, Güzdək stansiyalarından keçməklə Sumqayıta və əks istiqamətə hərəkət edirlər.
Bakı-Sumqayıt dəmir yol xəttində vahid kart sistemindən istifadə olunur. Burada gediş haqqı 80 qəpik, VİP yerlərdə isə 2,50 manat idi.
"Stadler Rail Group" şirkəti tərəfindən istehsal olunan qatarların ümumi sərnişin tutumu 919 nəfərdir. Hər bir qatarda 396 oturacaq var, onlardan da 84-ü biznes-klasdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?