Naxçıvanın əsas rəmzlərindən biri olan İlanlıdağın maketi artıq bir neçə gündür ki, Heydər Əliyev sarayı qarşısında nəqliyyatın Bülbül prospektində hərəkətinin dayanmasına səbəb olur. Məsələ omdadır ki, bu maket hakimiyyətin hər il qeyd etdiyi 10 may Gül bayramı ilə əlaqədar böyük ərazidə salınmış dekorasiyanın bir hissəsidir. Lakin bu il ilk dəfə Heydər Əliyevin 90 illiyi ilə bağlı xoşbəxtlik hüdudları o qədər “geniş” olub ki, bağın çərçivəsindən kənara çıxıb və yolun hərəkət hissəsini əhatə edib. Belə ki, yolda dağın maketi qurulub, onun fonunda isə Heydər Əliyevin portreti asılıb. İdeya müəlliflərinin fikrinə görə bu, Əliyevin və onun tarixi vətəninin əzəmətini və qüdrətini göstərməlidir. Sarayın qarşısındakı bağ da bütünlüklə müxtəlif tarixi abidələrin maketləri ilə əhatə olunub. Göründüyü kimi, mayın 10-na qədər onları güllərlə bəzəyəcəklər və ya paytaxt meri Hacıbala Abutalıbov nə isə xüsusi bir şey düşünəcək. Belə ki, o, hər il canlı güllərdən Heydər Əliyevin portretini düzəldir və bu portretin ildən-ilə böyüməsi ilə qürur duyur. Odur ki, şəhər sakinlərini yeni “sürpriz” gözlədiyi istisna deyil.
Sorğu
Yeni dizaynımız necədir?