Bakı meri yenə də büdcədən bayram adı ilə pullar çırpışdırmağa start verib; paytaxt rəhbərinin inanılmaz maxinasiyaları reallaşır
Bakı meri Hacıbala Abutalıbov hər il olduğu kimi yenə də Gül bayramında milyonlar silməyə start verib. Paytaxtın rəhbəri hər ilin mayında bayram adı ilə büdcədən külli-miqdarda vəsait mənimsəyir, maxinasiyalara əl atır. “Gündəm-xəbər” məlumat verir ki, ənənəvi olaraq hakimiyyət bu il də mayın 10-nu “Gül bayramı” kimi qeyd edəcək. Ümumiyyətlə, Bakı meri pul silməyə vərdiş edib. Onun əldə etdiyi qazanclar isə təbii ki, tək özünə çatmır. Ayrı-ayrı məmurlar və Maliyyə Nazirliyi ilə birgə yeyintiyə yol verilir. Hökumət ildən-ilə “Gül bayramı”nın əhatə dairəsini genişləndirir. Düzdür, rəsmi məlumatlarda bu bayrama nə qədər xərcləndiyi barədə məlumatlara rast gəlinmir. Yalnız bircə şey deyilir ki, hər il bu bayrama 10 milyondan artıq gül sərf edilir. Ancaq 10 maya sərf edilən gül ehtiyacının öhdəsindən Hollandiya təkbaşına gələ bilmədiyi üçün hakimiyyət Bolqarıstan, İsveçrə, Rusiya da daxil olmaqla 12 ölkədən ölkəyə gül gətirir. Mənbəmiz deyir ki, “Gül bayramı”na azı 20 milyon manat xərclənir. Bu məbləği isə dəfələrlə BŞİH təkzib edir. Bildirir ki, xərclənən məbləğ dəfələrlə azdır. Ancaq qaynağımız deyir ki, bu bayramın mahiyyəti başa düşülmür. Bu bayramda ortaya qoyulan məqsəd və bununla nəyə nail olunduğu, hansı ictimai faydalı nəticə əldə etmək istənildiyi qeyri-müəyyən olaraq qalır. Ölkə iqtisadiyyatına, əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilməli olan böyük məbləğdə vəsait sadəcə olaraq göyə sovrulur. Onu da əlavə edir ki, Heydər Əliyev adına parka gələnlərin əksəriyyəti isə bu günün mahiyyətini sadəcə güllərə tamaşa etməkdə görürlər. Bəzi ekspertlər təxmini rəqəmlər səsləndirsələr də, bu işlərə cavabdeh olan Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hər dəfə pul barədə sualdan yayınır və jurnalistlərə maliyyədən söz açmamağı məsləhət görür. Təxmini hesablamalara görə, ötən il gül bayramına 30 milyon manata yaxın pul xərclənib. Ekspertlərin fikrincə, həmin pulla paytaxtda çalışan həkimlərin maaşını iki dəfə artırmaq olardı. Bakı şəhərində 9 min 200-ə yaxın həkim çalışır. Onların illik maaşı 25 milyon manata yaxındır. Gül bayramına ayrılan vəsaitlə onların maaşını 2 dəfə artırmaq olar. Şəxsiyyətə pərəstiş mənası daşıyan bu bayram hesabına xarici fermerlər pul qazanırlar. Demək, belə bayramların keçirilməsi daha çox xarici fermerlərə sərf edir, nəinki yerli sakinlərə. 2012-ci ildə büdcədən İpoteka Fonduna 20 milyon manat ayrıldığı halda, birgünlük tədbirə 10 milyondan çox vəsaitin ayrılması büdcə vəsaitinin göyə sovrulmasından başqa bir şey deyil. Xatırladaq ki, Heydər Əliyevin doğum günü ilə bağlı Gül bayramı 2004-cü ildən keçirilir. Bu bayrama dünyanın 50-dən çox ölkəsindən 1 milyondan artıq gül gətirildiyi bildirilsə də, buna büdcədən nə qədər pul xərcləndiyi açıqlanmır. Bu arada Bakı şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova BŞİH-nin meri Hacıbala Abutalıbovun Heydər Əliyev sarayının qarşısındakı bağda çadırdan mənzil-qərargah tikdirməsinə münasibət bildirib. Qurum rəsmisi bildirib ki, Hacıbala Abutalıbovun adıçəkilən ərazidə çadır qurub, orada gecələməsi yalan xəbərdir: “Gül bayramına hazırlıq ərəfəsində həmişə çadırlar qurulur. Həmin çadırda isə növbətçilər, polislər, bizim işçilər növbətçi kimi gecə də qalırlar. Orada yemək yeyib, su içirlər. Bəs necə olmalıdır? Acından ölməlidirlər? Bu, hər il olur, təzə bir şey deyil”. Qurum rəsmisinin sözlərinə görə, qurulan çadır bayrama hazırlığı həyata keçirən işçilər üçün nəzərdə tutulub: “Hələ ki, hazırlıq işləri gedir. Bilirsiniz ki, bu hazırlıq bir-iki günün işi deyil. Hacıbala müəllim Bakı şəhər İcra Hakimiyyətinin rəhbəridir. Bu bayram onun rəhbərliyi ilə keçirilir. Amma bu hazırlıq işləri həmişə olub, çadır həmişə olub. Həmin çadırda isə növbətçilər, polislər olur. Yağışda, küləkdə orada otura bilsinlər. Cavan uşaqlardan kimsə yazırsa, yəqin ki xəbəri yoxdur”. RAFİQ
Sorğu
Yeni dizaynımız necədir?