İyulun 22-dən Bakı Metropoliteninin stansiyalarında işğal altında olan torpaqlarımıza həsr olunmuş növbəti sosial layihəyə start verilib.
Milli.Az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində "Azadlıq prospekti", "Nəsimi", "Elmlər Akademiyası", "Nizami", "28 May", "Qara Qarayev", "Neftçilər", "Koroğlu", "Əhmədli" və "Həzi Aslanov" stansiyalarında işğal altında olan ərazilərimiz haqqında məlumatlar xüsusi tərtib olunmuş stendlərdə nümayiş etdirilir:
"Statik lövhələrdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımız haqqında ümumi məlumatla yanaşı, ərazilərimizin işğal tarixi, Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimiz vətəndaşlarımıza bir daha xatırladılır. Layihənin məqsədi bu hadisələri yaddaşlarda möhkəmləndirmək, eləcə də şəhərimizə təşrif buyuran əcnəbi qonaqların diqqətini işğal olunmuş ərazilərimizə cəlb etməkdir".
N.Paşayev qeyd edib ki, stendlərdə Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları haqqında məlumatların əks olunması, əhali arasında, xüsusən də gənclərdə vətənpərvərliyin təbliğinə və tərənnümünə yönəldilmiş aksiyanın davamıdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?