Milli Şuranın üzvü, məhbus hüquqşünas Qurban Məmmədova yeni ittiham irəli sürülüb.
Vəkil Xalid Bağırov “Media forum” saytına deyib ki, Qurban Məmmədov Cinayət Məcəlləsinin 299.1-ci maddəsi ilə ittiham olunur.
Vəkilin sözlərinə görə, işin istintaqı Nəsimi Rayon Polis Şöbəsindən Nəsimi Rayon Prokurorluğuna verilib.
Nəsimi Rayon Məhkəməsi iyunun 4-də vəkil Qurban Məmmədov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Ona Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham verilib.
Cinayət Məcəlləsindən çıxarış:
Maddə 299. İfadə verməkdən boyun qaçırmağa, yalan ifadə və ya yalan rəy verməyə, yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma
299.1. Şahidin, zərərçəkmiş şəxsin yalan ifadə verməsi məqsədi ilə və ya ekspertin yalan rəy və ya yalan ifadə verməsi məqsədi ilə, habelə tərcüməçinin yanlış tərcümə etməsi məqsədi ilə onları pulla ələ alma - beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?