Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3484 keçmiş məhbusa birdəfəlik pul müavinəti ödəyib.
gundemxeber.az bildirir ki, bu barədə virtualaz.org-a nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayev məlumat verib.
Onun sözlərinə görə,keçmiş məhbusların hər birinə minimum əmək haqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində müavinət ödənilib. Bu ilin ilk yarısında nazirliyin məşğulluq orqanlarına iş üçün müraciət edən insanların kvota üzrə ayrılmış iş yerlərində məşğulluqlarının təmin edilməsi üçün müvafiq işlər görülüb.
Nazirlik tərəfindən Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzi də inşa etdirilir. Mərkəzin yaradılmasında məqsəd həmin şəxslərin sosial mühitə uyğunlaşdırılması, onlara müvafiq sahələrdə zəruri yardımların göstərilməsi, onların sosial adaptasiyasının daha dolğun şəkildə dəstəklənməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsidir.
Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan şəxslərin əmək bazarına çıxışının və gələcək məşğulluğunun dəstəklənməsi də diqqətdə saxlanılır. Keçən il və cari ilin ötən dövründə 200 nəfərə yaxın belə şəxs üçün əmək bazarında tələb olunan peşələr üzrə hazırlıq kursları təşkil edilib.
Sorğu
Yeni dizaynımız necədir?