Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kadr siyasətində dəyişiklik edəcək
Azərbaycan Əlillərin sosial müdafiəsini təmin edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahəni daha effektiv etmək üçün kadr siyasətində dəyişiklik etməyi düşünür. Nazir Səlim Müslümov bir neçə ay əvvəl iclasdan rəhbər şəxsləri nümayişkəranə şəkildə qovmasından sonra da bu cür təmizləmə siyasətini davam etdirəcəyini bildirib. Səlim Müslümov ünvanlı sosial yardımların verilməsində baş vermiş neqativ hallara görə indiyədək 150-dək işçini vəzifəsindən uzaqlaşdırıb.
Nazirlik əlillik müayinələri ilə bağlı aparılmış araşdırmaların nəticələrini də açıqlayıb. Nazirliyin yaratdığı işçi qrupu 15 gün ərzində ümumlikdə 17 min 700 nəfərin əlillik sənədlərini yoxlayıb. Nazirlik 2300 nəfərə -ilkin əllilik qrupları təyin olunmuş onkoloji ,dializ xəstələri,qrup əlilliyi olanlara pentensianar müəssisələrdə cəza çəkənlərə əlillik arayışının verilməsini təmin edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, son zamanlar ünvanlı sosial yardımla bağlı onlara edilən şikayətlərin sayı kəskin şəkildə azalıb. Bu iki əsas göstərici nazirliyin qaynar xətti, eləcə də, Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin qaynar xəttinə gələn müraciətlərlə müəyyən edilib. Hazırda bir sıra yerlərdən hələ də neqativ hallarla bağlı informasiyaların onlara daxil olduğunu deyən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu istiqamətdə işlərin davam etdirildiyini bildirib.
Səlim Müslümov Prezidentin ehtiyat fondundan ayrılan 5 milyon vəsaitin artıq əlillər üçün nəzərdə tutulan avtomobillərə görə xərcləndiyini bildirib.
Nazir onu da əlavə etdi ki, Böyük Vətən Müharibəsi və ona bərabər tutulan digər hadisələr nəticəsində əlil olan şəxslərin avtomobillə təmin olunması üçün gələn il nazirliyin büdcəsinə 3 milyon manat vəsaitin ayrıldığını nəzərdə tutulduğunu bildirdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?