GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İmişlilidə baş verənlər, həm də olub keçənlər

İmişlilidə baş verənlər, həm də olub keçənlər

Tarix: 27-07-2016, 00:47 Bölmə :Ölkə Baxış: 707
İmişlilidə baş verənlər, həm də olub keçənlər

Zaman yüz il əvvəlki zamandır. Amma, Məşədi İbadlar indi yüksək vəzifələrdə oturduqlarından, onların əlləri altında yüzlərlə Gülnazlar var

İmişlidə Şahmat məktəbi müəllimlərinin əmək haqlarını, Regional Sabribad Təhsil İdarəsi ikiqat aşağı salıb
Hörmətli Mikayıl Cabbarov! Bu xəbəri də eşidib, olduqca şad-xürrəm oldum. Axır ki, axtardığımız nazirə rast gələ bildik. Bəyəm, bu xalqa, idman, təhsil, şahmat lazım degil?. Təhsil alanların çoxu dövlətçiliyimizi bəyənmir, rişxənd edirlər. Vallah eşidəndə ki, ıx-xı-ci sinif şagirdlərinin 25-30%-i ana dilimizdən, riyaziyyat fənnindən iki alıblar, o halda xeyli təəccübləndim ki, heç olmasa onların 50%-i iki ala biləydi.
Sovet dönəmində müəllim, həkim şərəfli peşə sahibi hesab olunurdular. Ağsaqqallar onlara baş əyib ayağa dururdular. Hal-hazırda isə, onlar tikinti krallarına, karxana müdirlərinə, asfalt-zavod rəhbərlərinə, otel-restoran sahiblərinə baş əyirlər. Təhsilləri, qanacaq və mərifətləri olmasa da, onları görəndə qabaqlarına yüyürürlər. Tamadalıq edən, qul bazarında gününü keçirən müəllimlər də, bu istismarçılara “bəçeşm” deyirlər. Əvvəlki nazirimiz təhsilə bir az əl gəzdirməyi bacardı. Şagirdlərdən süpürgə pulu toplamaq, bayram hədiyyəsi istəmək, repititor yanına getmək demək olar ki, yığışdırılmaq üzrə idi. İndi müəllimlər verilmiş tağşırıqları yerinə yetirməyən şagirdləri ələ saldırır, sürüdəki yad ünsür təki qapazaltı etdirirlər. Cənab Nazir! Əgər bu nəsl peraşki, tum, cıncıq-muncuq satıb, sovet tərbiyyəsi almış ata-analarına çörək pulu qazana bilirlərsə, o halda onlar çox hörmətli uşaqlar hesab olunurlar.
Türk filimi “Kırqın çiçəklərə” baxdıqca həm kövrəlir, həm də bizim təhsil sistemimizin də, bu cür formalaşmasını arzu edirəm. İmişlidə isə, deputat Əsabil Qasımov bir yetimi, Qarabağ əlili olan Rövşən Hacıyevi həbs etdirir. Hansı ki, keçmiş döyüşçünü, yetim böyümüş şərəfli bir insanı həbs etdirən Ə.Qasımovun İmişlilərə hörməti olsa idi, o halda təhsili Sabirabada, mədəniyyəti Kürdəmirə, mavi qazı Salyana, elektrik enerjisini Şirvan Regional İdarəsinə tabe etdirilməzdi. Deyə bilərsiniz ki, onların hər biri Azərbaycanın rayonlarıdır.
Xalqın balaları nə qədər savadsız olsa, “baş üstə,bəli xeyir” deməkdən başqa bir şey bilməz. Şağird savadlı olarsa, o halda gedib radikal müxalifətə qoşular, dikbaşlıq edər, şikayətbaz, demaqoq olar. Onsuz da tikinti krallarımız Bakıdan İmişliyə dönürlər. Qoy müəlllimlər onların fermalarında mal-qaraya baxsınlar, süd sağmağı, nehrə çalxalamağı öyrənsinlər, pambıq suvarsınlar, alaq etsinlər. “Krallarımız” isə, müəllimləri ələ salıb şellənsinlər:
“Mənim fermamda, pambıq sahəmdə neçə-neçə müəllim pul qazanır”-deyib şaqqanaq çəksinlər.
Şahmat məktəbini “vapişi” bağlamaq lazımdır.
Onsuz da vətəndaşlarımız gündəlik çayxanalarda, şeş-beş, domino, şahmat oynamaqla baş qatırlar. “Gündüz naxıra, axşam axura” vəssalam!
80 saylı DSK-dan deputat olan Çingiz Qənizadəni, həmin ərazinin müəllimləri bərk qınayırlar. Hansısa tədbirdə Çingiz müəllim deyib ki, “İmişlidə təhsilin göstəricisi sıfırdır”. Əziz müəllimlər! Ç.Qənizadə İmişli təhsilini yox, Azərbaycan təhsilinin bərbad olduğunu deyə bilər, çünki onunla 1990-93-cü illərə qədər dost olmuşuq. O, həmin vaxtlarda ədalətli, cəsarətli bir şəxs olaraq rəğbət qazanmışdı. Ən azından TQDK-nın hesabatında ilk onluqda iki alanların önündə Sabir(abad), Cəlil(abad) rayonları qabaqcıllıq ediblər. “Ölülər” əsərini yazan və Kefli İsgəndər obrazını oynayan Mirzə Cəlil, eləcə də “Oxutmuram əl çəkin”i yazan Mirzə Ələkbər Sabir dirilsəydilər, yəqin ki, hər iki rayondan adlarının götrülməsini tələb edərdilər. Sonra da, dilxor olub o dünyaya qayıdardılar. İmişlidə təhsil Sabirabaddan qat-qat irəlidə olsa da, regional idarəni Sabirabada salanlar, o cümlədən deputatlarımız da fikirləşməlidirlər. Saxtakarlıqda xüsusi ad qazanan müəllimlər isə, Ə.Qasımovu yeşikdən deputat kimi çıxarmaqla, günahlarını etiraf etsinlər. Rüstəm bəy qızı Gülnaz xanımı, yəni 15 yaşlı bir gözəli, 60 yaşlı qoca Məşədi İbada puluna görə verir. Zaman yüz il əvvəlki zamandır. Amma, Məşədi İbadlar indi yüksək vəzifələrdə oturduqlarından, onların əlləri altında yüzlərlə Gülnazlar var.
İmişlili işverənlərin bir-ikisi şaiyə yayıblar ki, guya Davud və Məhbub qardaşları asfalt zavodun sahibi Mirkazıma diz çöküb yalvarıblar ki, bizi Əvəz Şükürov əff etsin. Ay saqqalın ağarsın Mirkazım bəy!. Həmişə İmam Baqirin(ə) duasını etmişəm ki: “Allahım bizi şər xəlqindən, pis insanlardan ehtiyacsız et. O, ehtiyac ki, mütləq ödənilməlidir, onların ödənilməsində məni şər insanlara, pis, layiqsiz, alçaqlara möhtac etmə, mən yalnız sənə möhtac olum, böyük Yaradan”.
Biz qardaşların üçü həbs həyatı yaşayıb, amma qorxmayıb. Davud bəy A.Mütəllibovun həbsxanasında kurortda olub. Sizlərin kurortu bu isti yay günləridə ya ABŞ-da, ya Yaponiyada, ya da ki, Antariktidada olar, bizlərinki isə, Kürdəxanıda. Sizlər var-dövlət, torpaqları qeyri-qanuni zəbt etmə, “halallıq” adı ilə vətəndaşlardan dolayısı yollarla alma, əkin torpaqlarını karxanalara, meşə massivini 100 hektarlarla məhv edib şumlatdırma, örüş, otlaq sahələrində bazar, şadlıq sarayı tikdirmə, gölləri-meşələri çəpərləmək, hasarlatmaq yolunu tutmusunuz. Sizlərə qarşı qanuni yolu cənab prezident İlham Əliyev tutub, mübarizəni özü başladıb. Bizlər də aysberqin görünməyən tərəfinə güzgü tutmaqla köməkçiyik.
Sizlər fitnəkarları, işverənləri üstümüzə fısqırdırsınız. Qurani-Kərimin 25-ci ayəsində deyilir: “Fitnə və bəladan çəkinin. Çünki, əgər nazil olsa yalnız zalımları əhatə etməyəcək. Hətta, quru və yaş, yaxşı və pisi də bir yerdə götürəcək və hamıya əzab veriləcək”. Mirkazım bəy, seyyid işverənlə, fitnəkarla oturub-durmaz. Belələri terorçulardan da dəhşətlidir. Türkiyədəki 15 iyul 2016-cı il qiyama cəhdi gördünüz. Eləcədə Fransadakı dəhşətli terroru gördünüz. Fitnəkarların həmişə qurbanları günahsız və təmiz
insanlar olublar. Onlar belə yollarla balalarına və ailəsinə çörək qazanırlar, sonda da yerlə-yeksan olurlar.
Şaban demişkən: “Bunlar nə biçim insanlardı ya, Allah-Allah. Dəlirdim, bıkdım bu əcaib dünyadan”.
Mirkazım bəy, avtoyolun idarə rəisi Şükür Aslanovun müavini, asfalt zavodun sahibi, Çahar kənd üzrə icra nümayəndəsi və s. həm də qeyd etdik ki, seyyiddir.
Şükür Aslanov bunlardan fərqli olaraq yoxsula, az da olsa kömək edib. Indi deyir ki, milyon yarım borc içindəyəm, üstünə gedənləri artıq rədd edir. Öz işçiləri deyir ki; “6 aydır ki, o, əmək haqqımızı vermir”. İmişlidə 72-qəzet sahibi olan şəxs var. 3 ayda bir dəfə qəzeti çıxanlardan biri Bəhrəmtəpə qəsəbəsində yerləşən asfalt zavoda gedir, Mirkazımdan qəzetinə köməklik istəyir. Cavab verir ki, “borc içindəyik”. Qəzetçi deyir ki; “Yaxşı bəs idarəyə 600 min xərc çəkib bina tikdirmisiz, gül-gülü çağırır, bülbül işverənləri, bu cahcəlalı hansı pulla tikdirmisən ki, millət ac-yalavac, 5 kilosu bir manata olan pomidor-badımcanı ala bilmirlər?. Hər hansı şəhidin məzarına 500 manat pul sərf etdiyiniz hal olubmu?
Növbəti sayımızda Şükür Aslanovun MTN-ə aparılması səbəbindən bəhs edəcəyəm. Ş. Aslanov 1981-ci illərdə tədarük idarəsinin rəisi Cəfər Rəhimovun sürücüsü olub, dayı deyərək onu gəzdirirmiş. Cəfər Rəhimov İmişlinin ən nüfuzlu ağsaqalı, hörmət-izzət sahibi olan kişilərindən biridir. Dəfələrlə ədalətli mövqeyinə görə həbs həyatı da yaşayıb. 1981-ci il İmişli rayon İstehlak Cəmiyyətinin 20 yaşlı təlimatçısı olaraq, onun Mərkəzi Komitəyə yazdığı məktuba düzgün aryış verdiyimə görə, məni işdən azad etdilər. Cəfər əmini isə həbsə göndərdilər. İC-ti sədrini, “kaptorq”un rəisini, tədarük şöbəsinin müdrini də işdən azad etdilər. Yalnız mən 1984-ci ildə inistitut müəllimim olmuş, vaxtilə Bakı şəhərinin birinci katibi vəzifəsini daşımış Nemət Qənizadənin sayəsində, iqtisadçı vəzifəsinə bərpa oluna bildim. Görün ki, indi Şükür Aslanov Cəfər əmini sayırmı, çox şadam ki, o, İmişlinin bugünkü rəhbəri ilə dostur.
Əvəz Şükürov rayonun Cavadxanlı-Bəcrəvan kəndləri arasındakı meşə massivinin örüş sahələrini şumlatdırıb. Şəhər ərazisində isə, 6 hektar ərazini, hansı ki, həmin ərazi vaxtilə mal-bazarının ərazisi adlanırdı. O, “halallıq” adı altında həmin ərazini də özününküləşdirib.
Davud bəy Əmlak Komitəsindən cavab məktubu alıb ki, heç bir hərrac-filan keçrilməyib.
Şəhər icra nümayəndəsi Məmi Atakişiyev isə, Bəcrəvan ərazisindən 530 hektar yulğunluq və qiymətli söksöyül meşələrini şumlatdırıb da, həmin ərazilərə pambıq əkdirib. Deyəsən pambıq bitməyib, iki aydır ki, işə çıxmır, yəqin ki, başı əkinə qarışıb. “Şərbət-Qobu” gölünü də onlar çəpərlətdirib. Bütün yolboyu motosikletdə onların balığları satılır. göl,meşə, örüş sahələri xalqa məxsus olsa da, bu gün isə onlarındır.

Məhbub Zülfüqarlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şirvanda baş vermiş partlayış nəticəsində iki nəfər ölüb

    Şirvanda baş vermiş partlayış nəticəsində iki ...

    26-07-2016, 22:53

  • 
  • Tovuzda iki ev yandı, ev sahibinin asılmış meyiti tapıldı

    Tovuzda iki ev yandı, ev sahibinin asılmış meyiti ...

    23-07-2016, 21:12

  • 
  • 17 saylı Uşaq Poliklinikasında nə baş verir?

    17 saylı Uşaq Poliklinikasında nə baş verir? ...

    25-07-2016, 15:44

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Buraxılış imtahanlarının nəticəsi təhsilin səviyyəsinin aşağı olduğunu üzə çıxardı

    Buraxılış imtahanlarının nəticəsi təhsilin ...

    10-06-2013, 22:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu