Baş həkim aylıq haqq tələb etdiyi üçün vəzifədən çıxarılıb, müavin isə aylıq tələb edir Nizami Rayonu 17 saylı Uşaq Poliklinikada maraqlı hadisələr müşahidə olunur. Əldə etdiyimiz məlumata görə, bir müddət əvvəl poliklinikanın baş həkimi Sevil Səfərova tutduğu vəzifədən azad edilib. Buna səbəb müəssisənin əməkdaşlarının, eləcədə ərazidə yaşayan bəzi vətəndaşların şikayəti olub. Xəbəri verən mənbə iddia edib ki, poliklinikanın baş həkimi müəssisədə olan personaldan əlavə aylıq haqq qoyub. Personal üzvləri isə hər ay baş həkimə əlavə pul ödəməkdən narahat olmağa başlayıb. Bu nədənlə də, Səhiyyə Nazirliyinə edilən şikayətlərin sayında çoxalma müşahidə edilib. Sonda da vəziyyətin heç də ürəkaçan olmadığını görən rəhbərlik baş həkimi tutduğu vəzifədən azad edib. Bundan sonra personal sevinib ki, daha onlara aylıq haqq qoymaq kimi xoşagəlməz hallar aradan qalxacaq. Lakin onlar gözləmədiyi halda daha pis münasibətlə qarşılaşmalı olub. Belə ki, baş həkim işdən azad edildikdən sonra onun səlahiyyətlərini müavini Gülər Paşayevə icra etməyə başlayıb. Hazırda 17 saylı Uşaq Poliklinikasının baş həkiminin səlahiyyətlərini müavini həyata keçirir. Lakin qısa bir müddətdən sonra müavində baş həkimin yolunu getməyə başlayıb. Mənbənin sözlərinə görə, müavində müəssisənin personalına aylıq tətbiq etməyə girişib, hansısa məbləğlər müəyyən edib. Başqa sözlə, müəssisədə əvvəl tətbiq edilən haqq qoyma mexanizm yenidən işə salınıb. Müavinə şikayət edənlərə isə deyilib ki, bu cür də davam edəcək. İndi əvvəlki baş həkimdən şikayətçi olanlar bir növ “yağışdan çıxaraq yağmura” düşüb. Gəlinən qənaət budur ki, yeni rəhbərdən də şikayət edənlərin sayı durmadan artacaq və məsələ Səhiyyə Nazirliyinə qədər gedib çıxacaq. Sonda hansı qərarın qəbul ediləcəyini isə zaman göstərəcək. Onu da, xatırladaq ki, son zamanlar bu cür hallara qarşı dövlət tərəfindən müəyyən tədbirlər həyata keçirilir. Məsələ ilə əlaqədar olaraq adı keçən Gülər Paşayeva ilə əlaqə saxlayıb iddialarla bağlı onun mövqeyini öyrənmək cəhdlərimiz isə baş tutmadı. Belə ki, müəssisəni idarə edən müavinin iş otağına etdiyimiz zənglərə cavab verən olmadı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?