Qurban Yetirmişli əlavə edib ki, GPRS stansiyalarının sayı nə qədər çox olsa, bu zəlzələni elmi cəhətdən analiz etməyə imkan verir: "Belə olan halda təkanların sayı itirmir. Hazırda 35 online stansiya işləyir. Quru ərazidə 40 stansiyanın, dənizdə isə 10 stansiyanın quraşdırılması gələcək planlara daxil edilib. 2016- cı ildə seysmoloji ən aktiv bölgə Şamaxı-İsmayıllı bölgəsi olub.
gundemxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, Bakıda hündürmərtəbəli binalar, eləcə də digər sənaye əhəmiyyətli tikintilər aparılırsa, əvvəlcədən ərazinin seysmikliyini müəyyən etmək üçün təmsil etdiyi quruma müraciət olunur: "Biz rəy verdikdən sonra tikintiyə başlanılır. Qalan məsələlərə isə FHN-in tikintiyə nəzarət idarəsi tərəfindən nəzarət olunur. Ümumiyyətlə isə, binalar 9 ballıq zəlzələyə hesablanaraq tikilir".
12:49
"Dünən İmişlidə baş verən zəlzələnin əsas səbəbi Kür çayı uzununa dərinlik qırılması olub".
gundemxeber.az Trend-ə istinadən bildirir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, əsas təkandan sonra 7-yə qədər afterşoklar olub.
Q.Yetirmişli qeyd edib ki, həmin ərazi güclü seysmik zona olmasa belə tarixən burada güclü zəlzələlər baş verib: "Dünən baş verən güclü zəlzələ respublikanın əksər rayonlarında hiss olunub. Dağıntıların az olmasına səbəb isə zəlzələnin dərində baş verməsi olub. Zəlzələ nə qədər dərində olsa, güclü də olsa, onun hiss etmə arealı böyük olur, episentirdə isə fəsadları az olur. Dünənki zəlzələ təqribən 28 km dərinlikdə baş verib. Əgər zəlzələnin dərinliyi az olsaydı, fəsadları çox olardı".
O, əlavə edib ki, İmişlidə baş verən zəlzələ 2012-ci ildə Zaqatala-Balakən zonasında baş vermiş zəlzələ ilə təxminən eyni gücdə olub.
Baş direktor bu ilin 7 ayı ərzində respublika ərazisində 4849 təkan qeydə alındığını, onlardan 57-nin hiss olunduğunu da vurğulayıb.
Sorğu
Yeni dizaynımız necədir?