Ağdaş rayonu H.Əliyev küçəsi ev 86/4 sakini Həsənova Türfə Həsən qızı tərəfindən gundemxeber.az-a daxil olan şikayət məktubunu çoxsaylı oxucularımıza olduğu kimi təqdim edirik.
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həkimi Eldar İsayev mənim sağlam balamı səhv müalicə edərək, ömürlük şikəst edib. Bu cinayət faktının üstünü baş həkim Yusif Nəbiyev ört-basdır edib. Səhiyyə Naziri Oktay Şirəliyevi aldadır. Belə ki, təxminən 2 il öncə yeganə övladım Vasif özünü pis hiss etdiyi üçün Mingəçevir şəhər Mərkəzi Xəstaxanasında həkim Eldar İsayev onu müayinə edib müalicəyə yazdı. Müalicədən sonra Vasif özünü dahada pis hiss etdi səhhəti ağırlaşdı deyə təcili Bakı şəhərində yerləşən xəstəxanaya gətirdik. Orada savadlı həkimlər yoxladıqdan sonra məlum oldu ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həkimi Eldar İsayev oğluma cinsi fəallığı artıran dərmanlar yazdığı üçün onun beyin fəaliyyətini pozmuşdur. Bundan sonra düz iki il Bakı şəhərində müalicə keçsədə onun səhhəti düzəlmək bilmir. Mən bu cinayət əməli barədə hüquq mühafizə orqanlarına etdiyim şikayət ərizələrimi araşdıran Mingəçevir şəhər prokuroru Azad Qarayev rüşvət alıb savadsız qatil həkim Eldar İsayevin cinayət əməlinin üstünü ört-basdır etmişdir. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya yazdığım şikayət ərizəm icra olunması üçün Səhiyyə Nazirliyinə onlar isə cinayət törətmiş həkim Eldar İsayevin işlədiyi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına göndərmişdilər. Belə olan halda cinayət yuvasının baş həkimi özləri barədə hansı tədbiri görə bilər? Fakt isə budur ki, oğlum Vasif Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həkimi Eldar İsayevin savadsızlığına, saxtakarlığına görə ömürlük şikəst oldu. Hazırda oğlumun beyin fəaliyyəti pozulub, sağalması üçün intensiv müalicə keçməsinə maddi imkanımız yoxdur. Saxtakar həkim Eldar İsayevin səhv müalicəsinə görə, oğlumun müalicəsinə indiyə qədər küllü miqdarda pul xərcləyib borca düşmüşük. Ortada isə qazanan Mingəçevir şəhərinin rüşvətxor prokuroru Azad Qarayev oldu.
Mən mətbuat vasitəsi ilə Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həkimi Eldar İsayevin və onun cinayət əməllərinin üstünü ört-basdır edən Mingəçevir şəhər prokuroru Azad Qarayevin barəsində qanunu tədbirlər görülməsi haqqında müvafiq tapşırıqlar versin. Bu korrupsioner vəzifəli şəxslər öz maraqlarına görə sağlam cəmiyyəti məhv edirlər. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. gundemxeber.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?