Gömrük əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Sankt-Peterburq-Lənkəran aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı yüklərini rentgen aparatına qoyub oradan keçərkən saxlanılıb və yoxlama otağına dəvət olunub.
Yoxlama zamanı, vətəndaşa məxsus üç ədəd çantanın içərisindən əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 3 adda, ümumilikdə 40.000 ədəd siqaret aşkar edilərək götürülüb.
Sorğu
Yeni dizaynımız necədir?