GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Azərbaycan "Şimal-Cənub" dəhlizində strateji rola malikdir" - ADY-nin sədr müavini

"Azərbaycan "Şimal-Cənub" dəhlizində strateji rola malikdir" - ADY-nin sədr müavini

Tarix: 5-08-2016, 14:56 Bölmə :Ölkə Baxış: 790
"Azərbaycan "Şimal-Cənub" dəhlizində strateji rola malikdir" - ADY-nin sədr müavini

gundemxeber.az "Azərbaycan Dəmir Yolu" QSC-nin sədr müavini İqbal Hüseynovun Trend-ə müsahibəsini təqdim edir.

- Məlum olduğu kimi, avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü keçiriləcək. Üç ölkəni birləşdirən başlıca mövzu "Şimal-Cənub" layihəsi çərçivəsində bu ölkələrin dəmir yollarının birləşdirilməsi layihəsidir. "Şimal-Cənub" layihəsinin inkişaf perspektivləri baxımından qarşıdakı görüşdən gözləntiləriniz nələrdir?

- Avqust ayında Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda nəzərdə tutulan görüşündə, üç ölkəni birləşdirəcək "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi yəqin ki, əsas müzakirə mövzularından biri olacaq. Azərbaycan bu layihənin reallaşmasında xüsusilə maraqlıdır. Strateji baxımdan mühüm şəraitdə, Şimaldan Cənuba və Qərbdən Şərqə - iki əsas beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycan əsrlər boyu özünəməxsus körpü rolunu oynayıb. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

- Avqustun sonunda layihə çərçivəsində Hindistandan ilk qatarın İran və Azərbaycan vasitəsilə Rusiyaya yola buraxılması planlaşdırılırdı. Bu məsələnin hazırlanması üzrə iş necə gedir? Qatarın göndərilməsinin dəqiq tarixi məlumdurmu?

- Bəli, bu məsələ də gündəmdədir. Azərbaycan və Rusiya Dəmir Yolları "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı çərçivəsində Hindistan-İran-Azərbaycan-Rusiya marşrutu və əks istiqamətdə yük daşınmasının təşkili hesabına yük axınlarının Azərbaycan və Rusiya dəmir yollarına cəlb edilməsi istiqamətində əməkdaşlıq barədə razılığa gəliblər. Layihənin logistik operatorları "RJD Logistika" SC və "ADY Express" olacaq.
Hazırda Hindistandan Rusiyanın Avropa hissəsinə yüklərin çatdırılması dəniz daşımaları (A marşrutu) hesabına təmin edilir. Nava-Şeva limanından Moskvaya qədər yol təqribən 40 gün təşkil edir. Yeni multimodal "B" marşrutu dəniz, dəmir yolu və avtomobil nəqliyyatından istifadəni ehtiva edir və daşıma müddətini iki dəfə azaltmağa imkan verir. Perspektivdə həmin müddət 14 gün olacaq.
Ümumi razılaşmaya əsasən, yaxın aylarda bu marşrutla ilk nümayiş konteyner qatarı Mumbaydan yola salınacaq, qatar bu dəhlizin konkret iştirakçıları ilə razılaşdırılmış tarif üzrə yükü Moskvaya aparacaq.

- Tərəflər (Azərbaycan, İran, Rusiya) Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində edildiyi kimi vahid rəqabət qabiliyyətli tarifin tətbiqi üzərində işləyirlərmi? "Şimal-Cənub" layihəsinə daha hansı ölkələr qoşula bilər?

- İyun ayının 2-də Rusiyanın Soçi şəhərində 11-ci Beynəlxalq dəmir yolu biznes forumu çərçıvəsində "Azərbaycan Dəmir Yolu" QSC-nin sədri Cavid Qurbanov, "Rusiya Dəmir Yolları" ASC-nin Prezidenti Oleq Belozyorov və İİR Dəmir Yolunun Baş direktoru Mohsen Purseyid Ağayi və Finlyandiya Dövlət Dəmir Yolu konserninin rəhbəri Mikael Aro arasında görüş keçirilib. Danışıqlar zamanı "Azərbaycan Dəmir Yolu" QSC-nin sədri Cavid Qurbanovun təklifi ilə, nəqliyyat dəhlizinin inkişafının sürətləndirilməsi üçün, TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunda olduğu kimi, Simal-Cənub marşrutunda da Koordinasiya Komitəsinin yaradılmasına dair qərar qəbul olunub. Ola bilər gələcəkdə "Şimal-Cənub" marşrutu üzrə də vahid rəqabət qabiliyyətli tarifin tətbiqi gündəmə gəlsin. Elə həmin görüşdə Finlyandiyanın da "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinə cəlb olunması məsələsi müzakirə edilib. Finlyandiya təmsilçisi ölkəsinin bu nəqliyyat dəhlizinə maraq göstərdiyini bildirib. Finlyandiyanın dəhlizə qoşulması nəqliyyat dəhlizinin potensialını daha da gücləndircək.

- Rəşt-Astara sahəsinin tikintisi üçün Azərbaycanın İrana kredit verməsi üzrə hansı iş aparılır? Sizin üçün maliyyələşdirmənin hansı variantları daha üstündür?

- Rəşt-Astara dəmir yolu layihəsi Azərbaycan və İran şirkətlərinin birgə əməkdaşlığı ilə tikiləcək və layihəyə hər iki ölkə birgə sərmayə yatıracaq. Bu əməkdaşlığa dair sənədin Bakı görüşü zamanı müzakirə olunması gözlənilir. Həmin görüş yeni bir mərhələnin başlanğıcı olacaq. Son olaraq qeyd etmək lazımdır ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinin reallaşdırılması ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" Sərəncam imzalayıb. Həmin Sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməli qoyulub, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda yeni dəmir yolu xəttinin tikintisinə start verilib. Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km uzunluğunda dəmir yolu xəttin torpaq yatağının işlənməsi davam edir. Dəmir yolu xəttinin çəkildiyi ərazıyə düşən rabitə, elektrik və qaz xətlərinin köçürülməsi başa çatmaq üzrədir. Bütövlükdə bu ərazıdə köçürülməli olan 315 obyekt (yaşayış və qeyri-yaşayış sahəsi) var. Bunun da 10-u yaşayış evidir. Artıq 97 yaxın obyektin, o cümlədən 7 evin köçürülməsi başa çatıb. Digərlərinin sənədləşməsi aparılır.
Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Bu dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz "Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında" Saziş"ə qoşulub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqda sərəncam verdi

    Prezident İlham Əliyev "Şimal-Cənub" ...

    7-12-2015, 20:02

  • 
  • İrandan Azərbaycana dəmir yolu çəkiləcək (VİDEO)

    İrandan Azərbaycana dəmir yolu çəkiləcək (VİDEO) ...

    13-10-2015, 22:01

  • 
  • İtaliya dövlət katibi "Cənub Qaz Dəhlizi"nin strateji önəmindən danışıb

    İtaliya dövlət katibi "Cənub Qaz ...

    29-02-2016, 11:41

  • 
  • "Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"

    "Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji ...

    6-05-2016, 14:31

  • 
  • Prezident İlham Əliyev Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında iştirak edir

    Prezident İlham Əliyev Bakıda "Cənub Qaz ...

    29-02-2016, 09:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu