Xüsusi halların araşdırılarkən, müvəqqəti komissiyalar yaratmaq, qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlillər aparmaq və nəticəsini prezidentə, eləcə də Təhsil Nazirliyinə təqdim etmək indən belə Mərkəzin hüququ yox, vəzifəsi sayılacaq Ölkə başçısı Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxsinin nizamnaməsinə dəyişikliklə bağlı fərman imzalayıb. Dəyişiklik dövlət qulluğu sahəsində DİM-ə verilən səlahiyyətlər artırılıb. Yeni vəzifələr Fərmana əsasən, DİM-in səlahiyyətləri xeyli genişləndirilib. Mərkəz Nizamnaməsinin vəzifələr bölümünə 5-dən çox müddəa artırılıb. Fərmanla Mərkəzə əlavə daxil olmuş şikayət və məlumatlardan irəli gələn məsələlərin həlli barədə təklif, tövsiyə və təqdimatlar göndərmək hüququ verilib. Xüsusi halların araşdırılarkən, müvəqqəti komissiyalar yaratmaq, qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlillər aparmaq və nəticəsini prezidentə, eləcə də Təhsil Nazirliyinə təqdim etmək indən belə Mərkəzin hüququ yox, vəzifəsi olacaq. DİM artıq dövlət qulluğuna dair qanunvericiliyin icra durumunu da öyrənəcək və buna dair hesabat hazırlayacaq. Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlillər aparmaq və nəticəsini prezidentə, eləcə də Təhsil Nazirliyinə təqdim etmək hüququndan məhrum edilib. DİM iki komissiyanı əvəzləyir Dövlət İmtahan Mərkəzi prezident fərmanıyla əvvəlində qurulub. Həmin fərman 1992-ci ildən fəaliyyətə başlayan Dövlət Tələbə Qəbulu və Dövlət Qulluğuna Qəbul Məsələləri komissiyalarının ləğvini nəzərdə tutur. İki strukturun təməlində Dövlət İmtahan Mərkəzi yaradılıb. Xəbər xidməti
Sorğu
Yeni dizaynımız necədir?