GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » `İntihar deyil, onları öldürüblər` - Beş məktəblinin asılmış tapıldığı qəsəbədən SENSASİON REPORTAJ + FOTOLAR

`İntihar deyil, onları öldürüblər` - Beş məktəblinin asılmış tapıldığı qəsəbədən SENSASİON REPORTAJ + FOTOLAR

Tarix: 13-08-2016, 00:17 Bölmə :Ölkə Baxış: 499
`İntihar deyil, onları öldürüblər` - Beş məktəblinin asılmış tapıldığı qəsəbədən SENSASİON REPORTAJ + FOTOLAR

Bir neçə gün öncə Bakı şəhərinin Kürdəxanı qəsəbəsində baş verən intihar bütün ölkəni sarsıtdı: 2001-ci il təvəllüdlü Teymur Həsənli işlədiyi avtotəmir sexində özünü asıb. 113 nömrəli orta məktəbin 8-ci sinif şagirdi Teymur yay tətili olduğu üçün orada çilingər işləyirmiş.

Əslən İmişli rayonundan olan Teymur ailəsi ilə birlikdə 3-4 il əvvəl Kürdəxanı qəsəbəsinə köçüblər. 15 yaşlı məktəblinin intihar etmə səbəbi ilə bağlı ilkin versiyaya görə, o, sevdiyi qıza görə canına qəsd edib. Hərçənd, deyilir ki, Teymurun paralel sinifdə oxuyan qıza sevgisi qarşılıqsız olmayıb. Ona görə də, intiharı seçməsinin səbəbləri müəmmalı olaraq qalır.

Bir qədər sonra mediada sensasion məlumatlar yayıldı ki, həmin 113 saylı orta məktəb artıq 5-ci dəfədir ki, intihar hadisəsi ilə gündəmə gəlir. Belə ki, 2014-cü ildən bəri məktəbin 4 şagirdi eyni üsulla – özlərini asmaqla canlarına qəsd ediblər.

`İntihar deyil, onları öldürüblər` - Beş məktəblinin asılmış tapıldığı qəsəbədən SENSASİON REPORTAJ + FOTOLAR

Məktəbin şagirdlərindən olan 1998-ci il təvəllüdlü Əliyev Ceyhun Zaur oğlu 2014-cü ilin dekabr ayında canına qəsd edib. 10-cu sinif şagirdi Əli Məmmədov isə 2015-ci ilin fevralında intihar edib. 6-cı sinif şagirdi Ruslan Həsənov isə 2015-ci ilin aprel ayında asılmış vəziyyətdə tapılıb. Bu məktəb 2013-cü ildə də intihar xəbərilə sarsılmışdı. Məktəbin 9-cu sinif şagirdi, qonşu Məhəmmədi kənd sakini, 16 yaşlı Püstəxanım Quluzadə də özünü asıb.

`İntihar deyil, onları öldürüblər` - Beş məktəblinin asılmış tapıldığı qəsəbədən SENSASİON REPORTAJ + FOTOLAR

Bir məktəbdən bu qədər şagird niyə intihar etsin ki?!

- Məktəbimiz 1971-ci ildə tikilib. Bölgədə ən böyük məktəbdir. 2000-dən çox şagird təhsil alır. Teymurun ölümünün məktəblə heç bir bağlılığı yoxdur. Həmçinin digər şagirdlərin də ölümləri məktəblə bağlı deyil,- deyə 113 saylı orta məktəbin məsul işçisi kimi özünü təqdim edən Yasər Muradov AzVision.az-a bildirib. - Teymur yaxşı şagird idi. Üç-dörd almasına baxmayaraq, intizamlı, fəal olub. Məktəbin bütün tədbirlərində yüksək səviyyədə iştirak edirdi. Şeirlər yazırdı. Tədbirlərdə bədahətən meyxana deyir, mahnı oxuyur, rəqs edirdi. Bizim onunla bağlı heç bir problemimiz yox idi.

`İntihar deyil, onları öldürüblər` - Beş məktəblinin asılmış tapıldığı qəsəbədən SENSASİON REPORTAJ + FOTOLAR

Daha sonra Yasər Muradov əlavə etdi ki, məktəb şagirdləri arasında dinə meyl kütləvi şəkildə artıb:

- Əvvəl hicablı şagirdlər məktəbə buraxılmırdı. İndi isə qız şagirdlərinin əksəriyyəti hicab bağlayır. Onlar heç bir əngəl olmadan dərslərdə iştirak edirlər. Bu, nazirliyin göstərişidir. Oğlan şagirdlərinin əksəriyyəti də namaz qılır, Allaha ibadət edirlər. Çoxu dərsdən çıxan kimi, məscidə namaz qılmağa gedirlər. Deyilənə görə, Teymur da on beş gün olardı ki, namaz qılmağa başlayıbmış. Hər kəs bu məktəbi dəhşətli bir yer kimi təqdim edir. Amma qətiyyən belə deyil. İntiharlara görə məktəb məsuliyyət daşımır. Məktəbimizdə psixoloq da var.

Əvvəl intihar edən şagirdlərin valideynləri yasda məktəbi deyil, dindarları, saqqallıları – vəhhabiləri ittiham edirdilər”.

Qəsəbə sakinləri ilə həmsöhbət olduq:

- Vallah, özümüz də dəhşətə gəlmişik. Uşaqlarımızı o məktəbə göndərmək istəmirik. Çünki orada təhsil verilmir. Böyük Kürdəxanı qəsəbəsində bircə orta məktəb var. Bütün ətraf qəsəbələrdən: Zabrat, Məhəmmədi, Bağlar massivi və digər kəndlərdən də maşın-maşın uşaqlar bu məktəbdə təhsil almağa gəlirlər. Dərslər başlayan vaxt şagird, insan, maşın əlindən məktəbin həndəvərinə yaxınlaşmaq olmur. Ona görə də, təhsil düzgün təşkil olunmur. İbtidai siniflərdə balaca bir otaqda 40 uşaq təhsil alır. Yuxarı sinif şagirdləri ümumiyyətlə, məktəbə gəlmirlər, hazırlıqlara gedirlər. Məktəbdə o qədər adam olur ki, kimin kim olduğu bilinmir.

Hərdən məktəbə yad adamlar da gəlirlər. Yuxarı sinif şagirdlərini kənara çəkib onlara iş, gözəl həyat təklif edirlər. Bəlkə də bütün bu cinayətlərin kökündə onlar dayanır.

`İntihar deyil, onları öldürüblər` - Beş məktəblinin asılmış tapıldığı qəsəbədən SENSASİON REPORTAJ + FOTOLAR

İntihar edən Teymur Həsənlinin ailəsinin yaşadığı evə yollandıq. Ailə üzvləri İmişlidə yasda olduqları üçün qohum və qonşularla söhbətləşdik. Məlum oldu ki, Teymurun atası Baloğlan hadisənin səbəbkarlarının başqa adamlar olduğunu fikirləşir.

- O, oğlunun ölümünə səbəb olanların tezliklə tapılmasını istəyir. Bizə dedi ki, Teymur sevgi üstündə ölməyib. Başqa ciddi səbəblər var. Teymuru öldürüblər. Onlar yaxşı ailədirlər. Atası dəmirçi işləyir. Kasıbdırlar, amma işləyib ailəni saxlayırlar. Teymur çox şən oğlan idi. Həmişə deyib-gülüb, zarafat edirdi. Heç kim inanmır ki, Teymur belə bir addım atsın. O, həyat dolu bir oğlan idi. Ailəsinə dəstək olmaq üçün yas-toy çadırları qururdu, fəhləlik edirdi, toylarda meyxana deyirdi, rəqs edirdi, pul qazanırdı...

`İntihar deyil, onları öldürüblər` - Beş məktəblinin asılmış tapıldığı qəsəbədən SENSASİON REPORTAJ + FOTOLAR

Mərhumun dostları deyirlər ki, Teymur 15 gün olardı ki, məscidə gedib namaz qılırdı. O, heç vaxt çətinlik, ölmək və intihar barədə danışmazdı. Düzdür, paralel sinifdə oxuyan bir qızı sevirdi. Amma qız üçün ölə biləcəyini heç vaxt demirdi.

- Hadisə baş verən gün Teymur bizim yanımızda idi. Dedik ki, Teymur, gəl gedək futbol oynayaq. O, isə kefinin olmadığını və evə gedəcəyini dedi. Bir də eşitdik ki, Teymur qarajda özünü trosla asıb. Tez qaraja getdik. Onun başı trosda idi. Trosu açıb, Teymuru yerə uzatdıq. Nəbzi atmırdı, bədəni buza dönmüşdü. Qardaşı Seymur da orada idi. Biz Teymurun öldürüldüyündən şübhələnirik. Çünki, qaraj çox alçaqdır. Teymur trosdan asılı olan vaxtda onun ayaqları yerdə idi. Ayağı yerdə olan adam isə heç vaxt özünü asa bilməz. Onun boğazında başqa kəsiklər də vardı. Bəlkə də kimsə onu boğub, daha sonra cəsədi trosdan asıblar. Polis gələndə isə Teymurun cibindən guya yaşıl üzlü bir dəftər çıxdı. O dəftərdə Teymurun yazdığı şeirlər, meyxanlar vardı. İndi deyirlər ki, qıza görə özünü öldürüb. Amma biz inanmırıq. Teymur heç vaxt belə bir addım atmazdı.

`İntihar deyil, onları öldürüblər` - Beş məktəblinin asılmış tapıldığı qəsəbədən SENSASİON REPORTAJ + FOTOLAR

Hadisənin baş verdiyi qarajda da olduq və hər şeyi öz gözlərimizlə gördük. Uzun boyu olan Teymur özünü bu alçaq tavanlı qarajdan asanda ayaqları yerdə qalıb. Yəni doğrudan da istisna deyil ki, Teymuru kimsə öldürüb, sonra asıb.

Daha sonra qonşular bildirdilər ki, Teymurun öldüyü gecə 4 uzun saqqalı, əvvələr heç kəsin qəsəbədə görmədiyi adamlar da mərhumun evinin ətrafında görünüblər: “Bizə dedilər ki, guya onlar qohumdurlar. Amma biz heç vaxt elə adamlar görməmişdik”.

`İntihar deyil, onları öldürüblər` - Beş məktəblinin asılmış tapıldığı qəsəbədən SENSASİON REPORTAJ + FOTOLAR

Maraqlıdır, bəs intihar edən digər şagirdlər niyə bu addımı atıblar? 2015-ci ilin aprel ayında intihar edən Ruslan Həsənovun ailəsi AzVision.az-a maraqlı məqamları açıqladı.

`İntihar deyil, onları öldürüblər` - Beş məktəblinin asılmış tapıldığı qəsəbədən SENSASİON REPORTAJ + FOTOLAR

Mərhumun atası Akif Həsənov bildirdi ki, qəsəbə ərazisində uzun müddətdir, cinayətkar qruplaşma mövcuddur:

- Oğlumun 16 yaşı vardı. O, həyat dolu bir uşaq idi. Bir onu zülmə böyütmüşdük. Hadisə baş verən gün Ruslan anasına deyib ki, futbol oynamağa gedirəm. Anası da icazə verib. Daha sonra bizə xəbər gəldi ki, oğlumuz qonşunun evində özünü asıb. Amma biz bir valideyn kimi deyirik ki, Ruslanı öldürüblər. Oğlumun məftildən asılan meytini özüm yerə uzatdım. Onun boğazında 4 dənə digər ip izləri də vardı. Kimsə onu əvvəlcə boğub, sonra asmışdı. Boğazında dırnaq izləri yox idi. Əgər o, özünü assaydı boğulan zaman əllərilə boğazından ipi açmaq istəyərdi. Oğlumun ayağı yerdə idi. Ayağı yerdə olan adam isə heç vaxt boğularaq ölə bilməz.

Onun bədənində bir iynə izi də vardı. Boğazındakı isə təzə məftil idi. Halbuki, evimizdə ancaq köhnə məftillər vardı, ev tikirdik. Çox şübhəlidir, üstündə pulu olmayan Ruslan o yeni məftili haradan aldı, niyə evdəki köhnə məftilləri aparmayıb? Biz bunları polis orqanlarına bildirdik. Onlar isə oğlumuzun qız üstündə özünü öldürdüyünü dedilər. İnanmıram...

`İntihar deyil, onları öldürüblər` - Beş məktəblinin asılmış tapıldığı qəsəbədən SENSASİON REPORTAJ + FOTOLAR

- Mən bir ana kimi deyə bilərəm ki, oğlum heç bir qızı sevmirdi,- Ruslanın anası söhbətə qoşulur, - Oğlumuz son günlər namaza başlamışdı. O, çox sakit və tərbiyəli idi. İndi bütün intihar edənlərin qız üstündə öldüyünü deyirlər. Amma oğlumun ipdən asılan bədənini görəndə dəhşətə gəlmişdim. Bədənin yuxarı və aşağı hissələri qəribə rənglərdə idi. Döymüşdülər oğlumu!

Bir valideyn kimi biz dini qruplaşmalardan şübhələnirik. Çünki bizə dedilər ki, oğlum ölməmişdən öncə onun yanına günorta saatlarında iki üzü tüklü adam gəlirmiş, onlar uşağı nəyəsə məcbur edirlərmiş. Hadisə baş verən gün də onlar evin önünə gəliblərmiş, Ruslanla söhbət ediblər. Daha sonra isə bu hadisə baş verdi.

`İntihar deyil, onları öldürüblər` - Beş məktəblinin asılmış tapıldığı qəsəbədən SENSASİON REPORTAJ + FOTOLAR

Dəfn mərasimində heç tanımadığımız bir uzun saqqalı gənc gəlmişdi, hətta mənim qolumdan da tuturmuş. Nə qədər araşdırdıqsa, onu tapa bilmədik.

Deyirsiniz, oğlumuz qıza görə ölüb?! Yaxşı, o qız kimdir, adını deyin?. Bunlar yalandır. Ötən il altı ayın içində kənddə 3 uşaq asılmış tapıldı. Həmin hadisələr isə 6-cı gün baş verib. Teymur da, Ruslan da digər uşaqlar da altıncı gün asılıblar. Altı rəqəmi nəyəsə işarədir.

Söhbət zamanı məlum oldu ki, qəsəbədə son illərdə iki yeni yaşayış massivi salınıb. Həmin yerlərdə isə radikal dindarlar yaşayırlar. O, massivlərə heç kim yaxınlaşa bilmir.

* * *

...İntihar etdiyi deyilən mərhum məktəbli Əli Məmmədovun ailəsində də olduq. Onun da valideynləri Əlinin çox sakit, tərbiyəli uşaq olduğunu dedilər.

`İntihar deyil, onları öldürüblər` - Beş məktəblinin asılmış tapıldığı qəsəbədən SENSASİON REPORTAJ + FOTOLAR

- Qonşuda yaşayan, onun dostu, həmyaşıdı Ceyhun özünü asaraq intihar etmişdi. Bu, Əliyə çox pis təsir etmişdi. Həmişə deyirdi ki, Ceyhun özünü asa bilməz, onu öldürüblər. Ceyhunun qırx mərasiminin səhəri Əlini tövlədə ipdən aslı vəziyyətdə tapdıq. Əli namaz qılmağa başlamışdı. O, heç vaxt ölmək, intihar etmək barədə düşünməzdi. Həmişə deyirdi ki, özünü öldürənlər cəhənnəmə gedirlər.

Bir gün səhər yuxulu-yuxulu sanki “ana” səsini eşitdim. Tez diksinib oyandım. Həyətə çıxdım. Heyvan saxladığımız tövləyə girdim. Dəhşətə gəldim: oğlum səhər tezdən özünü tövlənin dirəyindən, heyvanı bağladığımız çatı ilə asmışdı.

`İntihar deyil, onları öldürüblər` - Beş məktəblinin asılmış tapıldığı qəsəbədən SENSASİON REPORTAJ + FOTOLAR

Tez oğlumun ayaqlarından yapışdım, qışqırmağa başladım. Hamı başıma yığıldı. Artıq gec idi, oğlum ölmüşdü. Məncə, onu kimsə öldürüb, asmışdı. Boğazında 3-4 ip izi vardı. Polisdən bizə dedilər ki, qız üstündə olub. Amma belə deyil. Oğlum bir qızla mesajlaşırdı. Polis mesajları açdı oxudu, amma orada elə məqam yox idi ki, oğlum intihar eləsin. İndi bütün uşaqlara damağa vururlar ki, guya qıza görə intihar edib.

Əli çox tərbiyəli, sakit uşaq idi. Bütün ailəmiz onunla fəxr edirdi. Zəhmətkeş idi. Əlini öldürüblər. Hadisədən sonra bizə dedilər ki, Əli özünü asan vaxt arxa küçədə bir ağ maşın olub və sürətlə yoxa çıxıb. Heç vaxt inanmarıq ki, Əli o ipi bağazına özü keçirib. Səhər tezdən o, yuxulu idi... Bəlkə də mən “ana” sözünü eşidəndə oğlumu öldürürlərmiş. Hadisə 6-cı gün, səhər tezdən baş vermişdi.

Hər gün onun məzarını ziyarət edirik. Dövlətimizdən çox xahiş edirik ki, bizim övladımızın qatillərini tutub, həbs eləsinlər, başqa valideynlər də bizim günümüzə düşməsinlər.

* * *

`İntihar deyil, onları öldürüblər` - Beş məktəblinin asılmış tapıldığı qəsəbədən SENSASİON REPORTAJ + FOTOLAR

Özünü asdığı deyilən digər yeniyetmə, 1998-ci il təvəllüdlü Əliyev Ceyhun Zaur oğlunun yaxınları da intihar versiyasına inanmırlar:

- Bizim ailəni bədbəxt etdilər. Heç olmasa digər ailələr bədbəxt olmasın. Ceyhunun heç bir problemi yox idi. O, çox tərbiyəli, sözəbaxan övlad idi. Ceyhunla fəxr edirik. Onun gözəl arzuları vardı. Ali təhsil almaq istəyirdi. Heç vaxt Ceyhunun qız üstündə özünü öldürdüyünə inanmarıq. Biz Ceyhunun meyidini həyətlərindəki su çənindən asılı vəziyyətdə tapdıq. Onu da kimsə öldürüb, çəndən asmışdı. Hadisə altıncı gün baş vermişdi.

* * *

...Sakinlər deyirlər ki, öldürülən uşaqlar şiə namazı qılıblar. Namaza başlayandan 10-15 gün sonra isə başlarına belə bir iş gəlib. Bəlkə də başqa aqressiv təriqətlərin nümayəndələri bu cinayətləri törədir. Elə bil kimlərsə uşaq qanına susayıblar, hər altı ayadan bir, altıncı gün bir uşaq asılmalıdır.

`İntihar deyil, onları öldürüblər` - Beş məktəblinin asılmış tapıldığı qəsəbədən SENSASİON REPORTAJ + FOTOLAR

Öldürən uşaqların hamısı seçilirdilər. Onlar digər uşaqlardan fərqli özəllikləri, yaxşı xüsusiyyətləri ilə fərqlənirdilər. Elə bil kimlərsə, uşaqların ən gözəlini seçib öldürür.

* * *

Daha sonra hər kəsin ehyam vurduğu “saqqlılar”ın yaşadıqları massivlə maraqlandıq. Bizə dedilər ki, onların özlərinin ağsaqqalları var, həmin şəxsin sözünü eşidirlər. Heç bir qəsəbə sakini o məhəlləyə getmir. Hamı onlardan qorxur. Onlar evdən çıxmırlar, nadir hallarda bayırda görünərlər. Maşınları ilə gəlib birbaşa evlərinə daxil olurlar.

Hafiz Əhmədov
Fotolar: Elvin Abdula
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

  • 113 saylı məktəbin şagirdlərinin intiharı sirr olaraq qalır

    113 saylı məktəbin şagirdlərinin intiharı sirr ...

    11-08-2016, 21:13

  • 
  • Bakıda 12 yaşlı məktəbli intihar etdi

    Bakıda 12 yaşlı məktəbli intihar etdi ...

    20-04-2015, 22:47

  • 
  • Bakıda məktəbli intihar etdi

    Bakıda məktəbli intihar etdi ...

    4-12-2014, 11:10

  • 
  • Yasamalda 6-cı sinif şagirdi özünü asaraq intihar edib

    Yasamalda 6-cı sinif şagirdi özünü asaraq intihar ...

    24-03-2014, 14:34

  • 
  • 12 yaşlı uşaq intihar etdi - Ailəsi məktəb forması ala bilmədi...

    12 yaşlı uşaq intihar etdi - Ailəsi məktəb ...

    15-09-2015, 15:47

Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

Yeni dizaynımız necədir?

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu