Cəlilabad rayon Göytəpə qəsəbəsi Milli Qəhrəman Vüqar Mürsəlov küçəsində dəhşətli oğurluq hadisəsi baş verib. Belə ki, gecə saatlarında qəsəbə sakini Ələsgər Hüseynovun evinə daxil olan oğrular ev sahibinin səsə oyandığını görüb Ələsgər Hüseynovun həm özünə, həm də ailə üzvlərinin üzünə sprey qazı vuraraq evdən otuz min manat pul aparıblar. Qazın təsirindən yerdə qalan ailə üzvləri özlərinə gəldikdə isə çox gec olub. Qızıl – zinət əşyalarına toxunmayan oğrular iki yüz manat məbləğində pulu da ev sahibinə saxlayıblar. Məsləylə bağlı artıq Cəlilabad polisi araşdırmaya başlayıb. Hələ ki, oğurluq hadisəsi ilə bağlı kimsə saxlanılmayıb.
Xatırladaq ki, Ələsgər Hüseynov sahibkarlıqla məşğul oluduğundan qəsəbədə kifayət qədər imkanlı şəxs kimi tanınır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?