Ötən gün axşam saatlarında Bakı-Quba-RF dövlət sərhədi avtomobil yolunun Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində dəhşətli yol nəqliyyat hadisəsi baş verib.
“Hundai”, “Toyota” markalı minik avtomobilləri ilə “Mercedes” markalı yük avtomobilinin toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişib, 3 nəfər ağır yaralanıb. Dünyasını dəyişənlərdən biri 27 yaşlı Şabran rayonunun Molla Kamallı kənd sakini Hüseynağa Hüseynovdur. Digər şəxsin kimliyi hələlik məlum deyil. Qəza zamanı Molla Kamallı kənd sakinləri 43 yaşlı Sahib Orucov və 41 yaşlı Müzəffər Əliyev ağır xəsarətlər alaraq Şabran MRX-na çatdırılıb. Vəziyyətləri ağır olduğundan yaralılar paytaxtda yerləşən tibb müəssisələrindən birinə göndərilib. Hadisə zamanı “Toyota” markalı minik avtomobili yanıb. Əraziyə FHN-nin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın məhdudlaşdırılıb. Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?