Şirvan şəhərində bir banka məxsus bankomat oğurlanıb.
gundemxeber.az APA-ya istinadən bildirir ki, polisə bu gün saat 04 radələrində Hacı Qəhrəmanlı qəsəbəsində yerləşən bankomatın oğurlanması barədə məlumat daxil olub. İlkin ehtimala görə, bankomatda 43 min manat olub.
Şirvan Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?