Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 11-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə hələ də rəsmi cavab vermir. Mətbuata açıqlama verən BŞİH-nin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov müraciətlə bağlı hələlik qərar qəbul etmədiklərini bildirib: “Mitinqlə bağlı qərar qəbul edilməyib. Qərar çıxan kimi mitinq təşkilatçılarına rəsmi cavab göndəriləcək”. Qeyd edək ki, mitinqlə bağlı müraciət avqustun 31-i göndərilib. Qanuna görə, ən geci mitinqin keçirilməsinə üç iş günü qalmış mitinq müraciətinə cavab verilməlidir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?