"Mən həbs olunmamışam və Azərbaycan mətbuatının barəmdə yaydığı məlumat tamamilə səhvdir”.
Bu sözləri kriminal avtoritet Rövşən Lənkəranskinin qətlə yetirildiyi avtomobili idarə edən iş adamı Tahir C. deyib. O, Türkiyədən politika.az saytına zəng edərək bildirib ki, qətllə bağlı istintaq davam edir və mətbuat yanlış xəbər verməklə istintaqı çaşdırır: "Xahiş edirəm ki, media dəqiqləşdirilməmiş informasiya yaymasın.
Mən azadlıqdayam və hadisə ilə bağlı istintaqı çaşdıran xəbərlər tirajlanır. Azərbaycan prezidentinə və Milli Məclisə də müraciət edəcəyəm, mətbuat bu məsələdə xəbər siyasətinə nəzarət olunsun. Bütün mediadan ricam var ki, məsələyə həssaslıqla yanaşsınlar”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?