Dünən Bakıda yerləşən “Neon” restoranında kriminal aləmin nüfuzlu simalarından biri öz qohumuna toy edib.
Bu barədə daxil olan məlumatda bildirilir ki, Tahir Bülbüləli ləqəbli kriminal aləm təmsilçisinin qardaşı oğlunun toyunda mindən çox qonaq iştirak edib.
Mənbənin verdiyi məlumata görə, toyda dünyanın bir çox yerindən avtoritetlər iştirak edib. Məlumatda bildirilir ki, toy mərasimi möhtəşəm keçib. Məclisdə bir neçə tanınmış müğənninin də iştirak etdiyi bildirilir.
Onu da qeyd edək ki, məlumatlara görə, "Neon" şadlıq sarayı "Rövşən Lənkəranski" kimi tanınan “qanuni oğru” Rövşən Canıyevə məxsusdur. O, şadlıq sarayının idarə edilməsini yaxın adamlarına tapşırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?