Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Azərbaycandan Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşının əl yükünə gömrük baxışı keçirilib.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, baxış zamanı həmin yükün içərisindəki polietilen paketdə, əvvəlcədən gömrük orqanlarına bəyan edilməmiş vəziyyətdə - 350 kapsul "Tramadol" 200 mq və 30 həb "Tramadol" 150 mq adlı dərman preparatları aşkar edilərək götürülüb.
Məlumat üçün bildiririk ki, "Tramadol" adlı dərman preparatı Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin Siyahısı"na daxildir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?