GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Müəllimlərin birgə dələduzluq əməlləri

Müəllimlərin birgə dələduzluq əməlləri

Tarix: 15-09-2016, 12:27 Bölmə :Ölkə Baxış: 545
Müəllimlərin birgə dələduzluq əməlləri

Saxta sənəd hazırlamaqla vətəndaşların adına kredit götürən müəllimlər məhkəmədə cavab verir

Ali Məhkəmədə dələduzluqda təqsirli bilinən Samux rayonu Qarayeri qəsəbəsindəki 1 saylı məktəb-liseydə rus dili müəllimi işləmiş 1971-ci il təvəllüdlü Gülnarə Əmiraslanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Gülnarə Əmiraslanova banklar tərəfindən təhsil işçilərinə aldıqları aylıq əmək haqqı barədə arayışlar əsasında istehlak nağd pul kreditlərinin verilməsindən istifadə edib.

Bununla da o, özünə yaxın şəxslərin banklardan belə kreditlərin almasını təşkil edib və həmin şəxslərin aldıqları kredit pullarını dələduzluqla yolu ilə ələ keçirmək məqsədi ilə Samux rayonu Qara-arx kənd ümumi orta məktəbin direktoru Dəstə İsmayılova, Qarayeri qəsəbə 1 saylı məktəb-liseydə katibə-makinaçı işləyən Fəridə Qasımova ilə qabaqcadan əlbir olub.

Gülnarə Əmiraslanova bir qrup təşkil edərək öz cinayətkar niyyətini həyata keçirmək üçün əvvəlcədən düşünülmüş plan hazırlayıb. Bu məqsədlə tanışları, həmkəndliləri və uzaq qohumlarının adlarına guya onların Qarayeri qəsəbə 1 saylı məktəb-liseydə və Qara-arx kənd ümumi orta məktəbində müəllim işləmələri və aylıq əmək haqqı barədə Dəstə İsmayılovanın və Fəridə Qasımovanın köməkliyi ilə kreditin alınmasına hüquq verən saxta arayışların hazırlanmasını təşkil edib.

Gülnarə Əmiraslanova adlarına saxta arayışlar hazırlayaraq verdiyi şəxslərə saxta sənəddən istifadə etməklə öz adlarına banklardan

kredit kimi nağd pul götürüb və borc şəklində ona vermələrini, həmin kredit borclarını onların adından özünün banka ödəyəcəyinə dair yalan vədlər verib.

Gülnarə Əmiraslanova həmin şəxsləri inandıraraq 2012-ci ilin noyabr ayından 2014-cü ilin mart ayına kimi olan dövr ərzində qabaqcadan əlbir olan bir qrup şəxslə təkrarən özgə əmlakını ələ keçirib. O, zərər çəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Gülnarə Əmiraslanova Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 32.3,313-cü (Vəzifə saxtakarlığına cəhd etmək) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham edilib.

Həmçinin digər təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 313-cü və 320.1-ci maddələri ilə təqsirli biliniblər. Samux rayon Məhkəməsinin hökmü ilə Gülnarə Əmiraslanova 5 min manat, digər təqsirləndirilən şəxslərin hər biri 500 manat miqdarında cərimə olunublar.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Onların şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Bədəl Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar araşdırılmadan baxılması barədə qərar qəbul edilib.

İlkin baxış iclasının qərarından Gülnarə Əmiraslanova kasasiya şikayəti verib. O, şikayətində apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması barədə qərar qəbul edilməsini istəyib.

Bu səbəbdən apelyasiya instansiyasında işin araşdırılması dayandırılıb və Gülnarə Əmiraslanovanın şikayəti baxılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Gülnarə Əmiraslanova bildirib ki, Gəncə Apelyasiya Məhkəməsində keçirilən ilkin baxış iclası zamanı vəsatət verərək ona qarşı irəli sürülən ittihamın saxta olduğunu bildirib. Onun sözlərinə görə, əməlində Cinayət Məcəlləsinin 178 və 313-cü maddələrinin tərkib əlamətlərinin olmadığından məhkəmə baxışı istintaqla aparılmalı və barəsində həmin maddələrlə bağlı bəraət hökmü çıxarılmalıdır: “Guya digər şəxslərlə əlbir olaraq ayrı-ayrı şəxslərin adlarına bağlanmış saxta kredit və hüquq verən saxta rəsmi sənədlərdən bilə-bilə istifadə edərək aldatma yolu ilə zərərçəkmiş şəxslərə xeyli miqdarda özgə əmlakını aldatma yolu ilə alıb ələ keçirməklə dələduzluq etmişəm. Hesab edirəm ki, iş materiallarında zərərçəkmiş şəxslərə məxsus əmlakın əvəzsiz ələ keçirmək niyyətində olmağımı təsdiq edə biləcək heç bir mötəbər sübut yoxdur. Əksinə, işdə olan sübutlara əsasən bağlanmış kredit müqavilələrin şərtlərinə əsasən banka mütəmadi ödənişlər

etmişəm. Bu ödənişdə 27000 manatdan çoxdur. Əməlimin dələduzluq cinayəti olması üçün əmlakı əvəzsiz ələ keçirmək niyyətim hələ pulu vətəndaşlardan almamışdan əvvəl yaranmalı idi. Lakin, qeyd olunan xüsusata görə zərərçəkmiş şəxslər nə pulu bankdan götürənə kimi, nə də pulu əldə edəndən sonra belə bir niyyətim olmayıb. Sadəcə olaraq özünün pula ehtiyacım olduğuna görə borc götürmüşəm”.

Gülnarə Əmiraslanova kasasiya şikayətində daha sonra qeyd edib ki, ümumiyyətlə, vətəndaşlarla arasında yaranan mülki münasibət olub: “Bu münasibətlərin mülki xarakterli olması zərərçəkmiş şəxslərlə aramızda olan şifahi borc müqaviləsindən irəli gəlir. Hökmdə də qeyd edildiyi kimi götürülən kreditin bir qismi əvvəlcədən əldə edilən razılıq əsasında zərərçəkmiş şəxslərə verilib. Saxta arayışları düzəldərək bankdan pul götürərkən əvvəlcədən əmlakı ələ keçirməklə bağlı niyyətimin olması ibtidai istintaq orqanı tərəfindən sübuta yetirilməyib. Cinayət işinin materiallarına nəzərə saldıqda əksinə təqsirləndirilən şəxsin əmlakı əvvəlcədən ələ keçirməklə bağlı niyyətimin olmadığı açıq sürətdə görünür. Cinayət işinin materiallarından görünür ki, götürülən kreditlərlə bağlı mütəmadi ödənişlər edilin və hətta bəzi şəxslərin adlarına götürülən kreditlər tamamilə ödənilməklə yanaşı əsas borcla yanaşı faiz borcları da ödənilib. Eyni zamanda bir neçə kredit üzrə özüm zamin durmuşam. Sonradan obyektiv səbəblərdən vətəndaşlara olan borcumu qaytara bilməmişəm. Bununla yanaşı, şəxsin əməli cinayət qanunvericiliyinin müəyyən maddəsi ilə tövsif edilərkən mənim öz əməlimin faktiki xarakterini və ictimai təhlükəliliyini bilməsi, yəni bu əlamətləri dərk etməsi ilə yanaşı bu əlamətlərin həqiqətdə mövcud olması da öz təsdiqini

tapmalıdır. Qeyd edildiyi kimi dələduzluq cinayətinin mühüm əlaməti olan əmlakı əvvəlcədən ələ keçirmək niyyətinin olması işin faktiki halları ilə tam təkzib olunur”.

Gülnarə Əmiraslanova qeyd edib ki, tərəfindən müxtəlif vaxtlarda götürülən kreditin yarıdan çoxu tərəfindən ödənilməsi onun əvvəlcədən başqasının əmlakını ələ keçirmək niyyətinin olmasını istisna edir. Onun sözlərinə görə, birinci instansiya məhkəməsi cinayət işinin materiallarında olan və tərəfimdən ödəniş edilməsi ilə bağlı sənədləri məhkəmə istintaqı zamanı tədqiq edib: “Lakin sonradan məhkəmə hökmündə həmin sənədlərə dair heç bir münasibət bildirilməyib. Bundan başqa tərəfimdən təqdim edilmiş arqumentlərə birinci instansiya məhkəməsi tərəfindən heç bir münasibət bildirilməməsi də hüquqlarımın pozuntusu kimi qiymətləndirilməlidir. Təqdim etdiyim şahid öz ifadəsində tərəfimdən zərərçəkmiş şəxsə Ramin Nəsibova pul verməsini görüb. Lakin birinci instansiya məhkəməsi həmin şahidin ifadəsini nəzərə almayıb və nəzərə almadığını da əsaslandırmayıb. Qeyd etdiyim məsələlər araşdırılmalı məsələlərdir. Buna görə də məhkəmə baxışının qismən istintaq aparılmaqla və əlavə istintaq aparılmaqla keçirilməsinə zərurət yaranıb”.

Hakim heyəti Gülnarə Əmiraslanovanın şikayətini dinləyəndən sonra qərar elan edib. Qərara görə, Gülnarə Əmiraslanovanın şikayəti təmin edilməyib və apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması qərara alınıb.

İş materialları yenidən araşdırılması üçün apelyasiya instansiyasına göndərilib. Yaxın günlərdə Gəncə Apelyasiya

Məhkəməsində təqsirləndirilən şəxslərin şikayəti üzrə məhkəmə başlayacaq.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kredit fırıldağına görə saxlanılan məktəb direktoru azadlıqda

    Kredit fırıldağına görə saxlanılan məktəb ...

    7-09-2015, 17:51

  • 
  • QHT sədri ölüm faktıyla bağlı ittiham olundu – ŞOK — FOTOLAR

    QHT sədri ölüm faktıyla bağlı ittiham olundu – ...

    18-12-2014, 23:10

  • 
  • Orta məktəb müəllimi özünü asdı

    Orta məktəb müəllimi özünü asdı ...

    6-05-2015, 18:24

  • 
  • Məktəb direktoru müəllimlərin adına kredit götürüb pulu onlara ödətdirir

    Məktəb direktoru müəllimlərin adına kredit ...

    17-07-2014, 02:22

  • 
  • “Mur-Ay” fırıldaqçıları yenidən məhkəmə qarşısında

    “Mur-Ay” fırıldaqçıları yenidən məhkəmə qarşısında ...

    17-09-2015, 19:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu