Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.
gundemxeber.az APA-ya istinadən xəbər verir ki, yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) narkotik vasitələr - 2 bükümdə ümumi xalis çəkisi 89,5 qram olan heroin, 1 bükümdə isə xalis çəkisi 4 qram olan tiryək aşkar edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?