İrandan ölkəmizə daxili orqanlarında narkotik keçirmək istəyən şəxs saxlanılıb.
Dövlət Gömrük Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Rafael Qənbərovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə, ümumi xalis çəkisi 106,9 qram olan narkotik vasitə - heroin və 1 ədəd bükümdə, xalis çəkisi 7,98 qram olan narkotik vasitə - həşiş aşkar olunub.
Həmçinin İrandan Azərbaycana piyada gələn daha bir şəxsin üzərinə baxış keçirilib. Azərbaycan vətəndaşı Valeh Bədəlovun üzərində aparılan şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə, təmiz çəkisi 15,519 qram olan narkotik vasitə - heroin, təmiz çəkisi 37,206 qram olan narkotik vasitə - tiryək və təmiz çəkisi 6,5 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub.
Hər iki faktla bağlı təhqiqat aparılır.
Avqustun 8-də də Irandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə keçirmək istəyən şəxs saxlanılmışdı.
Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn İran vətəndaşı Akbari Meisam Feizollah oğlunun üzərində şəxsi yoxlama zamanı onun üzərindən, ümumi xalis çəkisi 2,40 qram olan narkotik vasitə - həşiş qətranı, xalis çəkisi 0,641 qram olan narkotik vasitə - tiryək və xalis çəkisi 0,330 qram olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdü.
Metamfetamin adlı preparat insan orqanizminə 6 saatdan 24 saata qədər təsir etmə və alışqanlıq yaratma qabiliyyətinə malikdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?