Şəki Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Yevlax rayon sakini Kamil Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Ötən ilin iyulun 16-da Yevlax rayonu Yuxarı Qaxun kəndində kənd sakini Kamil Qədirov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi və əmisi oğlu Sənan Qədirova xəsarət yetirib.
Nəticədə Sənan Qədirov hadisə yerində ölüb. Kamil Qədirov könüllü olaraq Yevlax rayon polis şöbəsinə gəlib. O, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəngi də təhvil verib.
Qeyd edək ki, hadisə baş verən vaxtı Kamil Qədirov Yuxarı Qaxun kəndinin bələdiyyə sədri olub.
Kamil Qədirov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Hakim Rəşi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Kamil Qədirov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?