Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Kamil Musayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə təqsirləndirilən Kamil Musayevin məhkəməyə gəlmədiyi məlum olub.
Onun vəkili çıxış edərək bildirib ki, Kamil Musayev şəkər xəstəliyindən əziyyət çəkir və vəziyyəti yaxşı olmadığı üçün prosesə gəlməyib. Bundan sonra hakim bildirib ki, aprelin 1-nə məhkəmənin hazırlıq iclası təyin edilib: “Həmin hazırlıq iclasının yeri və vaxtı barədə təqsirləndirilən şəxsə məlumat verilsə də, o, məhkəməyə gəlməyib. Belə olan halda Kamil Musayevin məhkəmədən yayınması kimi qiymətləndirilir”.
Prokuror Kamil Musayevin barəsində qanunla nəzərdə tutulmuş qaydada tədbir görülməsini istəyib. Zərərçəkənlər də məhkəməyə gəlməkdən boyun qaçıran Kamil Musayevin həbs edilməsini tələb ediblər. Bundan sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirdən qayıdan hakimlər Kamil Musayevin barəsində ev dustaqlığı edilməsi barədə qəti-imkan tədbirini ləğv ediblər. Məhkəmə onun barəsində həbs qəti-imkan tədbiri seçib və barəsində axtarış elan edib. Qərar icra olunması üçün Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və Suraxanı Rayon Polis İdarəsi məlumatlandırılacaq. Həmçinin hakim bildirib ki, Kamil Musayevin barəsində həbs qərarı çıxarılması barədə sənəd Baş Prokurorluğa göndəriləcək.
Qeyd edək ki, Kamil Musayev dələduzluq yolu ilə vətəndaşların pulunu mənimsəyib. Daxili İşlər Nazirliyinin Baş İstintaq idarəsində cinayət işi araşdırılan Kamil Musayevin barəsində ev dustaqlığı qəti-imkan tədbiri seçilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?