Füzuli Rayonun İcra Hakimiyyəti başçısı Alı Alıyev haqqında tükrpədici şikayətlər və mlumatlar səngimək bilmir. Bu xüsusda redaksiyamıza göndərilən ilginc məlumatlar var. Daxil olmuş məlumatları oxuculara təqdim edirik. Beləki, Alı Alıyevin dövlət büdcəsindən subsidiya qaydasında ayrılan milionlarla pulu mənimsəyərək həmin pullarla Haramı Düzü adlanan nəzarətsiz torpaqlarda 1000 ha torpaq sahəsini gizli şəkildə əkməklə şəxsi gəlirlərini artırır. Maraqlısı odur ki, düşmənlə təmas xəttində olan ərazilərdə gizli şəkildə qanunsuz əkin - biçin aparan Alı Alıyevin əks tərəflə gizli sazişinin olduğu deyilir.
Redaksiyamıza daxil olan məlumatlarda qeyd edilir ki, Alı Alıyevin sazış üzrə məqsədi ölkəmizin iqtisadi qüdrətini zəyiflətməklə və Xalqımızın əziyyətlə qurduğu müstəqil Azərbaycan dövlətində qida təhlükəsizliyini məhv etməkdir.
Əldə etdiyimiz fotolardada görünür ki, Füzuli rayon ərazisində təmas xəttində düşmənlə az məsafədə Alı Alıyevin apardığı əkini davam edir. Maraqlısı odur ki, silahlı qüvvələrimizin təmas xəttində olan hərbi qulluqçalırımızı hər gün atəşə tutulan və hətta bəzən də hərbi qulluqçularımızdan şəhid verdiyimiz bir halda, Alı Alıyevin günü - gündən çiçəklənən biznesi üçün işləyən texnikasına erməni bir güllə də belə atmır.
Bundan başqa Alı Alıyev məcburi köçkün ailələrin çörəyini kəsərək körpə yetkinlik yaşına çatmayan azərbaycanın gələcəyi sayılan uşaqlarını gözü yaşlı və ac qoymaqda davam edir. 1000 ton əkilməsi nəzərdə tutulmuş taxılın anbarlarda məhv edir, onların əkilməsinə qadağa qoyub. Füzuli Rayonunda Haramı- Düzü adlanan ərazilərdə 20 ildən artıq məskunlaşmış məcburi köçkünlərin dediyinə görə Alı Alıyev minlərlə qanunsuz torpaqları şəxsi gəlir götürmək məqsədi ilə dövlətdən gizli əkin aparır və bizə dövlət tərəfindən ayrılan subsidiyaları mənimsəyərək şəxsi məqsədləri üçün xərcləyir. Buda rayonda məmur özbaşınaslığının höküm sürməsinə, yerli sakinlərin səfil vəziyyətə düşməsinə gətirib çıxarır. Qeyd edək ki, şikayətçilər icra başçısı ilə bağlı prezidentə müraciət edəcəklərini də öz şikayətlərində bildiriblər. Araşdırmamız davam edir və yaxın günlərdə oxuculara əlavə məlumat verməyə çalışacağıq Qarşı tərəf olan Alı Alıyevində mövqeyini dinləməyə hazırıq.
Sorğu
Yeni dizaynımız necədir?