GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » General Hilal Əsədov və ailə üzvləri prokurorluğa aparıldı

General Hilal Əsədov və ailə üzvləri prokurorluğa aparıldı

Tarix: 29-09-2016, 20:48 Bölmə :Ölkə Baxış: 602
General Hilal Əsədov və ailə üzvləri prokurorluğa aparıldı

MTN-in hazırda həbsdə olan generalı Akif Çovdarova verilmiş çoxsaylı cinayət ittihamları arasında Bakının “8-ci kilometr” massivində yerləşən, xalq arasında “Vasmoy bazarı” kimi tanınan ticarət mərkəzinin qəsb olunması da var.

Virtualaz.org Akif Çovdarovun və Eldar Mahmudovun bu bazarı necə ələ keçirməsi haqda ötən ilin dekabrında yazmışdı.

Sahibkar nə demişdi...

Vaxtilə bazarın sahibi olmuş “Maral-Veqa” MMC-nin təsisçisi Salman Səfərov redaksiyamıza müraciət edərək bildirmişdi ki, Çovdarov-Mahmudov qruplaşması bazarı onların əlindən almaq üçün klassik MTN metodundan istifadə edib. Müəssisənin ofisinə qara maskalılar basqın edərək sahibkarın qardaşını və daha bir neçə nəfəri MTN-ə aparıb. Onlara işgəncə verilib və 500 min dollar alandan sonra buraxıblar. Daha sonra bazarın səhmləri zorla sahibkarın əlindən alınıb və MTN generallarının yaxınlarının adına rəsmiləşdirilib.

General Hilal Əsədov və ailə üzvləri prokurorluğa aparıldı

Salman Səfərov

Çovdarova qarşı irəli sürülmüş ittiham aktında zərərçəkənlər sırasında “Maral-Veqa” MMC-nin digər təsisçisi, Salman Səfərovun qardaşı (bazar onun adına rəsmiləşdirilmişdi)Cəfər Səfərovun da adı yer alır.

Cinayət işinin materiallarından: “Çovdarov dedi ki, yalan demə əə, bu saat “Elit”in yanındasan...”

Cinayət işinin materiallarında yazılıb ki, 2005-ci il dekabrın 16-da bazarın giriş qapısı ilə üzbəüzdə yerləşən «Maral-Veqa» MMC-nin ofisinə MTN əməkdaşları silahlı basqın ediblər. Həmin vaxt Cəfər Səfərov ofisdə olmadığından onun qardaşı Qəhrəman Səfərovu, bazarın mühasibi Akif Əzimovu və direktoru Əyyub Novruzovu aparıblar. Onlar MTN-ə çatan kimi Akif Çovdarov Cəfər Səfərova zəng vurub, ondan nazirliyə gəlməyi tələb edib. Qorxuya düşən Cəfər Səfərov Bakıdan kənarda olduğunu desə də, Akif Çovdarov onun yalan danışdığını bildirib: «Yalan demə, bu dəqiqə sən «Elit»in qabağındasan...».

“Bazarı sizə Fərhad Əliyev verib?”

Nazirliyə gedən Səfərovu Akif Çovdarovun otağına aparıblar. Həmin vaxt ofisdən aparılan üç nəfər də kabinetdə imiş. Çovdarov Səfərova deyib ki, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə həmyerli olduğundan, bazarı da onlar üçün o alıb.

Həmin vaxt Fərhad Əliyev iki ay idi ki, həbs olunmuşdu və o da MTN-in istintaq təcridxanasında saxlanılırdı.

Cəfər Səfərov Fərhad Əliyevlə heç bir əlaqəsi olmadığını, bazarı 2002-ci ildə Çingiz Əsədov adlı şəxsdən 240 min dollara aldığını, hətta həmin pulun 120 min dollarını bankdan kredit götürüb, bazarı girov qoyduğunu, alqı-satqı müqaviləsinin də metronun «Neftçilər» stansiyasının yaxınlığındakı notariusda bağlandığını deyib. Bu zaman Çovdarov əsəbiləşib və işçilərinə bu adamı aparıb «başa salmağı» tapşırıb.

Sahibkarı MTN-in qaranlıq otağında 4 saat “başa salıblar”

Sahibkarı təxminən 4 saat qaranlıq otaqda saxlayıb, döyəndən sonra yenidən Çovdarovun kabinetinə qaytarıblar. Bu dəfə ona bildirilib ki, məsələdən nazir Eldar Mahmudovun da xəbəri var və onun göstərişi ilə bura gətirilib, 500 min dollar verib, azadlığa buraxıla bilər. Pulu gətirmək üçün həmin axşam Cəfər Səfərov və digər üç nəfəri buraxıblar.

General Hilal Əsədov və ailə üzvləri prokurorluğa aparıldı

Ertəsi gün Akif Çovdarov onunla yenidən əlaqə saxlayıb, bu dəfə bazarı təhvil verməyi tələb edib. Cəfər Səfərov bazarı verməkdən imtina edib, deyib ki, götürülmüş kredit tam ödənilmədiyindən əmlak hələ də bankda girovdur. Akif Çovdarov onu və qardaşlarını iynə ilə iflic etdirməklə, həbslə hədələyib.

Mahmudov, Çovdarov və Əsədov bazarı bölüşdürür

Hədələrdən qorxan Cəfər Səfərov bazarı təhvil verməyə razılaşıb. Dekabrın 20-də Akif Çovdarov şəxsən onunla birlikdə banka gedərək, 70 min dollardan bir qədər artıq krediti ödəyib və bazarın da daxil olduğu «Maral-Veqa» MMC-nin banka borcu olmaması barədə arayış alıb. Ardınca da Dövlət Əmlak Komitəsinə gediblər. Orada Çovdarov kiminləsə telefonla danışıb və sənədləri ona təhvil verib. Təxminən yarımsaat sonra əmlakın üzərində həbs olmadığını təsdiqləyən sənədi gətirib Çovdarova veriblər. Oradan da çıxıb notariusa gediblər. Notariat kontorunda meyvə-tərəvəz bazarı Eldar Mahmudovun, Akif Çovdarovun yaxın adamı kimi tanınan Qulu Cəfərov adlı şəxsə təhvil verilib.

Çovdarovun qızı Aidə Qasımovaya 50 faiz

Ertəsi gün Akif Çovdarovun keçmiş qonşusu, ona yaxın adamlardan sayılan Elşən Hüseynovla nazir müavini Hilal Əsədovun qayınatası Ənvər Məmmədov bazara gəlib və işçilərə bildirilib ki, bundan sonra bazarı bu adamlar idarə edəcək. Elə bir müddət sonra bazarın səhmləri də Qulu Cəfərovdan Elşən Hüseynov və Ənvər Məmmədovun adına keçib. Ardınca Ənvər Məmmədov 50 faizlik payının 49-unu Nüşabə Əsədovaya verib, Elşən Hüseynovun 50 faizlik payının hamısı isə Çovdarovun qızı Aidə Qasımovanın adına keçib.

Səfərov qardaşları Akif Çovdarovla üzləşdirilib və onlar hadisənin məhz bu cür olduğunu üzləşmədə də deyiblər. Əlavə ediblər ki, bazar əllərindən alınandan sonra bir neçə dəfə onu geri qaytarmağa cəhd göstəriblər, müxtəlif orqanlara, o cümlədən Çovdarovun özünə şikayət ediblər. Amma nəticəsi olmayıb. Çovdarov hər şikayətdən sonra onları həbs etdirməklə, «yox etdirmək»lə hədələyib.

General Hilal Əsədov və ailə üzvləri prokurorluğa aparıldı

Hilal Əsədov dindirmədə : “Akif Çovdarov gəlib məruzə etdi ki...”

Akif Çovdarov və Hilal Əsədov isə bazarın zorla ələ keçirilməsi ittihamı ilə razılaşmır. Azadlıq Radiosunun əldə etdiyi məlumata görə, Hilal Əsədov bu məsələ ilə əlaqədar prokurorluqda dindirilib. O da Səfərov qardaşlarını «Fərhad Əliyevin yaxın adamları» kimi təqdim edib. Dediyinə görə, 2005-ci ilin axırlarında Akif Çovdarov onun yanına gəlib və Çingiz Əsədov adlı şəxsin sahibi olduğu bazarın 2002-ci ildə əlindən alınması barədə MTN-ə şikayət etdiyini məruzə edib.

Hilal Əsədov ifadəsində bildirib ki, ümumiyyətlə, bu məsələ ilə əlaqədar ona bir gündə bir neçə dəfə məruzə olunub. Məruzələrdən birində Akif Çovdarov deyib ki, «Səfərov qardaşları öz əməllərini etiraf ediblər».

Eldar Mahmudovla bazar söhbəti : qaynatası 49 faizi Nüşabə Əsədovaya “bağışlayıbmış”

Hilal Əsədovun sözlərinə görə, o da öz növbəsində bazarla bağlı bütün məlumatları Eldar Mahmudova məruzə edib. Əsədovun iddiasına görə, 1-2 günlük araşdırmalardan sonra Səfərov qardaşlarının bazarı 2002-ci ildə “zorla ələ keçirdiyi” müəyyənləşdirilib, qardaşlardan biri Akif Çovdarovun yanında olarkən bazarı geri qaytarmağa razılıq verib, Çingiz Əsədov da ərizəsini geri götürməyə razılaşıb. Sonradan bazar satılıb və qayınatası Ənvər Məmmədov onun bir hissəsini almaq istəyib. O da qayınatasına pulun bir hissəsini borc verməklə ona kömək edib. Bir qədər də keçəndən sonra qayınatası 50 faizlik payının 49-nu onun xanımı Nüşabə Əsədovaya bağışlayıb.

General Hilal Əsədov və ailə üzvləri prokurorluğa aparıldı

Qanqster sülhməramlı rolunda : “Barışmağı təklif etdim”

Akif Çovdarov da iddia edir ki, bazarı Səfərov qardaşlarından zorla almaları barədə deyilənlər yalandır. Cəfər Səfərov bazarın əvvəlki sahibi Çingiz Əsədovun şikayəti əsasında MTN-ə çağırılıb.

«Şəxsən özüm onlara barışmalarını, bu məsələni öz aralarında həll etmələrini təklif etdim», - Çovdarov istintaqa deyib.

General-qanqsterin sözlərinə görə, həmin vaxt Çingiz Əsədov bazarı Səfərov qardaşlarından 300 min dollara geri almağa və şikayətindən imtina etməyə razılaşıb, amma sonradan deyib ki, bu qədər pulu yoxdur və bazarı geri ala bilmir.

«Ona görə də bu məsələ MTN rəhbərliyinə məruzə olundu. Həmin bazar, əslində, Fərhad Əliyevin olduğundan, rəhbərlik bazarı tərəflərin hər ikisinin (Cəfər Səfərov və Çingiz Əsədovun) halallığı alınmaqla, mən və Hilal Əsədovun pulu ödəyib bazarı satın almağımızı təklif etdi», – Çovdarov əlavə edib.

General Hilal Əsədov və ailə üzvləri prokurorluğa aparıldı

Generalın ailə üzvləri də dindirilib

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədova, qayınatası Ənvər Məmmədov, Akif Çovdarovun qızı Aidə Qasımova, kürəkəni Rövşən Qasımov da bu məsələ ilə əlaqədar prokurorluqda dindirilib. Məlumatda bildirilir ki, Nüşabə Əsədova və Aidə Qasımova bazara necə sahib olmaları barədə ətraflı informasiyaları olmadığını, sadəcə, səhmlər adlarına keçirilərkən müəyyən sənədlərə qol çəkdiklərini bildiriblər.

General Hilal Əsədov və ailə üzvləri prokurorluğa aparıldı

A.Çovdarov və digərlərinə vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, mənimsəmə, qanunsuz silah saxlama, hədə-qorxu ilə pul tələb etmə və digər ağır maddələr ilə ittiham irəli sürülüb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MTN GENERALLARININ PAQONLARI SÖKÜLƏCƏK - Hilal Əsədov, Akif Çovdarov…

    MTN GENERALLARININ PAQONLARI SÖKÜLƏCƏK - Hilal ...

    19-10-2015, 17:34

  • 
  • MTN generalının oğlu işdən çıxarıldı

    MTN generalının oğlu işdən çıxarıldı ...

    27-10-2015, 20:13

  • 
  • Akif Çovdarov həbs edildi

    Akif Çovdarov həbs edildi ...

    14-11-2015, 18:58

  • 
  • Akif Çovdarov: “Məni sifarişlə həbs ediblər...”

    Akif Çovdarov: “Məni sifarişlə həbs ediblər...” ...

    2-12-2015, 15:22

  • 
  • MTN-nin həbsdəki xanım generalı Eldar Mahmudov və Hilal Əsədovu “baqaj”a qoydu

    MTN-nin həbsdəki xanım generalı Eldar Mahmudov və ...

    12-08-2016, 01:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu